usd-1.7000 eur-1.8082 rub-0.0181
Bakı 19°C 2.2 m/s
Son xəbərlər
18-04-2024
16-04-2024
09-04-2024
07-04-2024
05-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bu müqəddəs missiya uğrunda bütün gücümüzü səfərbər edəcəyik- Firdovsi Umudov

details

İDMAN

12.01.2023, 18:14 Oxunub: 1725

“Biz idmançılar üçün ən ali məqsəd Prezidentin etimadını layiqincə doğrultmaqdır” - Firdovsi Umudov


“Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti İlham Əliyevin ilin idman yekunları ilə bağlı idmançılar, mütəxəssislərlə görüşməsi idman ictimaiyyətində böyük ruh yüksəkliyi yaradır, daha böyük nailiyyətlər qazanmağa sövq edir. İdmançıların sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan ardıcıl addımlar, respublikanın idman həyatında seçilən şəxslərin fəxri adlara, dövlət mükafatlarına layiq görülmələri böyük motivasiyadır və bu, məsuliyyətimizi qat-qat artırır. Bu gün qürurla deyə bilərik ki, dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənən Azərbaycan özünü güclü idman dövləti kimi təsdiqləyib”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri AzərTac -a açıqlamasında “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti, Dövlət Sərhəd Xidmətinin polkovniki, Vətən müharibəsi iştirakçısı, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə dövlətimizin başçısı tərəfindən “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülən Firdovsi Umudov deyib.
İdman mütəxəssisi bütövlükdə son illərdə aparılan dövlət siyasətinin bu gün öz gözəl nəticələrini verməkdə olduğunu, həyatın bütün sahələrində olduğu kimi idman istiqamətində də böyük uğurların qazanıldığını bildirib. Qeyd edib ki, ötən illərdə olduğu kimi, 2022-ci il də Azərbaycan idmanı üçün çoxlu nailiyyətlərlə dolu illərdən biri olub. Ayrı-ayrı idman növlərində saysız-hesabsız qələbələr qazanılıb, ölkəmiz nüfuzlu beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib, idman sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kifayət qədər mühüm işlər görülüb.
“Müstəqil dövlətçiliyimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı olan İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva idmanın inkişafına xüsusi diqqət göstərir. Bu gün təkcə paytaxt Bakıda deyil, eyni zamanda, regionlarda Olimpiya idman kompleksləri, müxtəlif idman qurğuları tikilib istifadəyə verilməsi, güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürüdür.
Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanın rolunu xüsusi vurğulayan F.Umudov bildirib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev idmançılarla görüşündə tarixi Zəfərimizdə gənclərin vətənpərvərlik hissinin, torpaq sevgisinin əsas olduğunu vurğulayıb: “Bu gün idmançılarımız qalib Azərbaycanı təmsil etdikləri üçün beynəlxalq arenalarda böyük güc, qətiyyət və iradə nümayiş etdirirlər. Onlar göstərirlər ki, döyüş meydanında qazandığımız möhtəşəm Qələbəni idman arenalarında da əldə etmək üçün sarsılmaz gücümüz var”.
“Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına bəxş etdiyi tarixi Zəfər nəinki idmançılara, bütün dünya azərbaycanlılarına qalib xalq olaraq özgüvənini qaytarıb. Biz hər zaman arzu edirdik ki, Qarabağımızda beynəlxalq tədbirlər, yarışlar keçirilsin. Dövlətimizin başçısı müqəddəs arzumuzu həyata keçirdi. Bu gün doğma Şuşamızda, Suqovuşanda, Zəngilanda, azad olunmuş digər tarixi ərazilərimizdə qlobal əhəmiyyətli tədbirlər keçirilir, xarici qonaqlar dəvət olunur. Onlar öz gözləri ilə erməni vandallarının işğalı altında uzun illər qalan torpaqlarımızın hazırda necə dirçəldiyini, geniş miqyasda gedən bərpa-quruculuq işlərini görür, heyran qalırlar. Bu gün dünya azərbaycanlıları Zəfər çalan sərkərdə olaraq Prezident İlham Əliyevlə qürur duyurlar. Fəxr edirik ki, sözü imzası qədər böyük və keçərli olan liderimiz, rəhbərimiz var.
Firdovsi Umudov Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülməsi ilə bağlı minnətdarlıq da edib: “Biz idmançılar üçün ən ali məqsəd, Müzəffər Ali Baş Komandan İlham Əliyevin etimadına layiq olmaq, Vətənə, xalqa və dövlətə ləyaqətlə xidmət etməkdir. Bu müqəddəs missiya uğrunda bütün gücümüzü səfərbər edəcəyik. Dövlət tərəfindən bizə göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk”.

Digər xəbərlər