usd-1.7000 eur-1.8453 rub-1.9383
Bakı 10°C 6.1 m/s
Son xəbərlər
11-03-2025
08-03-2025
01-03-2025
25-02-2025
24-02-2025
23-02-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Dünyaya bəzək, həyata ana...- Fuad Biləsuvarlı yazır

details

CƏMİYYƏT

08.03.2025, 11:05 Oxunub: 180

Dünyaya bəzək, həyata ana...- Fuad Biləsuvarlı yazır

 

Dünya yaranandan qadına olan sevgi, məhəbbət həmişə ucada olub. Qadınlar yaranışdan dünyamızın bəzəyi, həyatımızın anasıdır. Bir dahidən gətirəcəyim bu sitat necə də ibrətamizdir: Qadınlar çiçək kimi zərifdir.
Bu zərif ömrü həmişə gül- çiçəklərə qərq etmək lazımdır. Qadınsız həyat yoxdur.  Hər birimizi dünyaya gətirən, bətnində gəzdirən anadır.
Ana qucağından isti bir ocaq, ana məhəbbətindən üvi sevgi varmı?!

- Hələ bu dünyaya övlad gəlməmiş,
   Ana məhəbbəti gəlir dünyaya...

Unudulmaz şairimiz Nəbi Xəzrinin bu sətirləri dünya boyda həqiqəti əks etdirir. Ana məhəbbəti ölçüyəgəlməzdir. Uzun illərdir ki, yazın ilk ayının 8 mart günü beynəlxalq aləmdə Qadınlar bayramı günü kimi qeyd olunur. Əsrlərin sınağından çıxıb gəlmiş bu ənənə - bu təntənəli bayram insanlığın, analara, qadınlara olan sonsuz sevgisinin təcəssümüdür. Hind xalqının qəhrəman qızı İndira Qandi deyirdi ki, "ən böyük qüdrət insanları sevməkdir..." Ürəyimizdə qadınlara bəslədiyimiz sevgi, məhəbbət isə hər birimizin ülvi hisslərinin ən uca zirvəsidir. Qadın haqq nurudur. Ömür boyu yolumuza işıq saçan, nurlandıran qadın ən uca varlıqdır.
Şair Tofiq Bayram misralarını xatırlayıram:

- Onunla dünyadır sənə qəfəs də,
  Onsuz heç yaşama bu torpaq üstə,
  Sevən bir ürəyə axır nəfəsdə,
  Ən gözəl dərmandır qadın ürəyi.

Hər bir cəmiyyətdə zərif cinsin nümayəndələri kişilərin ən yaxın silahdaşı, ailənin dayağı, sabahın qurucularının tərbiyyəçisidir.
Bu gün də belədir. Bu gün də qadınlar kişilərlə bərabər çiyin-çiyinə həyatın bütün sahələrində bərabər addımlayırlar.
Azərbaycanın birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti timsalında bunu aydın görmürükmü?!

Mehriban xanıma.

Zəfərlər bəxş etdin Azərbaycana,
Muğamı sevdirdin böyük cahana.
Oldun xalqımıza ən əziz ana!
Səni var olasan əziz Mehriban!
Səninlə öyünür can Azərbaycan!

Dağların vüqarı, qüdrəti səndə,
Atanın, ananın şöhrəti səndə.
Nigarın, Həcərin isməti səndə,
Səni var olasan əziz Mehriban!
Səninlə öyünür can Azərbaycan!

İlhamla baş-başa verib vətənin,
Çəkdiniz üstündən dumanı, çəni.
Xalqımız da deyir, lap mən deyəni,
Səni var olasan əziz Mehriban!
Səninlə öyünür can Azərbaycan!

Göz bəbəyi kimi Azərbaycanı,
Qoruyub, artırdın şöhrətin, şanın.
Qazandın sevgisin hər bir ananın,
Səni var olasan əziz Mehriban!
Səninlə öyünür can Azərbaycan!

Bu gün müstəqil ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışanların böyük əksəriyyətini məhz, qadın və qızlarımız təşkil edir. Onların son dərəcə fədakar fəaliyyəti  qazanılan qələbələrin, uğurların təməlində əvəzsiz yer tutur. Bəzən onların göstərdiyi hünərə, qətiyyətə, dözümlülüyü, qəhrəmanlığa həsəd aparırıq. Bu gün hər bir ailədə adı sonsuz hörmət və ehtiramla çəkilən təyyarə bələdçisi Hökümə əsl qadın simvoludur. Təhlükəni hiss edə-edə "hər şey yaxşı olacaq"... deyən igid azərbaycanlı qızı. Bu əziz gündə ruhun şad olsun. Səni elə həmişə qorxmaz, cəsur, məğrur, ölümdən qorxmayan bir xanım vətən övladı kimi xatırlayacağıq...

Yetər, bacım, yetər, döz

Bu həsrət də bir anlıq,
Bitər, bacım, bitər,döz.
Qəribanlıq, tənhalıq,
Ötər, bacım, ötər, döz.

Geri dönər itənin,
Toya dönər matəmin.
Sonu çatar sitəmin,
Gedər, bacım, gedər, döz.

Yaza dönər soyuq qış,
Ötüb keçər qar - yağış.
O həsrətli, bir baxış,
İtər, bacım, itər, döz.

Gələr sevinc zamanı,
Eh, neynirsən ad - sanı?
Dünya fani, nə fani!
Betər, bacım, betər, döz.

Pozma qəlbdə nizamı,
Almazsan ki, sən kamı.
Dəli edir adamı,
Kədər, bacım, kədər, döz.

Lətafətli gül olsan,
Eşq yolunda kül olsan.
Məhəbbətə qul olsan,
Hədər, bacım, hədər, döz.

Sən unutma yarını,
Dərəcəksən barını.
Həyat, aldıqlarını,
Ödər, bacım, ödər döz.

Dünyaya açsan qucaq,
Sönə bilməz od- ocaq!
Hər şey yaxşı olacaq,
Yetər, bacım, yetər, döz.

Hər bir qadın öz evinin bəzəyi, yaraşığı, dayağıdır. İsti ocağımızdakı rahatlığı, səliqə-sahmanı yaradan analarımız, bacılarımız, qızlarımız, sizə eşq olsun! Haqqınızda nə qədər yazılsa da, nə qədər vəsf olunsanız da yenə də azdır. Siz daha uca məhəbbətə layiqsiniz, əziz qadınlar.

Qadına nə lazım bundan savayı?

Yanında cananı, yoldaşı olsun,
Hərdən sirr açmağa sirdaşı olsun.
Tez-tez yoxlamağa qardaşı olsun,
Qadına nə lazım bundan savayı?

İmkan daxilində xoş et ürəyin,
Heç vaxt əsirgəmə gülün, çiçəyin.
Bol et sevgisini, bol et çörəyin,
Qadına nə lazım bundan savayı?

Oturub fikirdən çatmasın qaşın,
Ağrılar görməsin qayğıdan başı.
Yalnız məhəbbətdən axsın göz yaşı,
Qadına nə lazım bundan savayı?

Deyirlər, insan yer üzünün əşrəfidir.Qadınlar isə yer üzünün heç zaman solmayan, təravətini dəyişməyən tər çiçəkləridir. Son tikəsini balası üçün saxlayan, isti nəfəsi ilə onu qızdıran, ürəyinin odunu, atəşini əsirgəməyən ana fədakarlığının qiyməti heç bir ölçüyə sığmır. Son nəfəsinə qədər o isti nəfəs, o isti nəvaziş, o fədakarlıq başımızın üstündədir. Həyata bəzək, dünyaya ana olan qadınları sevmək, əzizləmək müqəddəs borcumuzdur. Onlar buna layiqdirlər.
Bayramınız mübarək, əziz analar, bacılar, qadınlar...

Bağışlayıram...

Qəlbimdən qəlbinə çəkdiyim yola,
Hər gün xalı sərib naxışlayıram.
Sevgilim, daş-qaşa gümanım gəlmir,
Mən sənə qəlbimi bağışlayıram.

Gülüm, ad gününə gəldim utancaq,
Çöldən çiçək dərdim mən qucaq-qucaq.
Yəqin ki, hədiyyə istərsən, ancaq
Mən sənə qəlbimi bağışlayıram.

Saxla gözlərinin üstündə onu,
Qoru tər sinənin üstündə onu.
Budur təbrikimin, arzumun sonu,
Mən sənə qəlbimi bağışlayıram!

P.S. 8 mart tarixi  hər birimiz üçün ən əziz bir gündür. Mənim üçün isə həmin gün ikiqat bayramdır. Bu tarix həm də mənim istəkli babam, ömrünün böyük bir hissəsini pedaqoji işə həsr etmiş Asif müəllimin doğum günüdür.
Hazırda təqaüddə olan əziz babamı ad günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı və 100 yaşamağı arzulayıram.
Hörmətlə, nəvəsi.

Gördüm...

Həmişə qaməti şux olan babam!
Belini belə tez bükülən gördüm.
Öyrəşmişdi gözüm qara telinə,
Saçını çox erkən tökülən gördüm.

Sən ki,  bir çinardın ucadan-uca,
Məclislər bəzəyi, sözləri qoca.
Xeyirxah olmuşdun yoxsula, aca,
Dostları yanından çəkilən gördüm.

Dərdin mənə gəlsin, çox ağrım-acım!
Sevməkdi babanı nəvəlik borcum.
Yaman fikirlisən, a başda tacım,
Ömür divarını sökülən gördüm...

Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.

Qafqaz.media

Digər xəbərlər