usd-1.7000 eur-1.9592 rub-2.1249
Bakı 26°C 3.19 m/s
Son xəbərlər
13-06-2025
12-06-2025
11-06-2025
10-06-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qurtuluşdan başlanan Zəfər yolumuz - Elnarə AKİMOVA

details

CƏMİYYƏT

13.06.2025, 14:48 Oxunub: 36

Qurtuluşdan başlanan Zəfər yolumuz 


1993-cü il, 15 iyun tarixi haqqında düşünəndə Ümummilli Lider Heydər Əliyevin Xilaskar obrazının təcəssüm tapdığı parlaq şəxsiyyəti üzərində dayanmalı oluruq. Bu gündən geriyə baxanda - hər şeyə müqayisə yolu ilə nəzər yetirəndə 1990-cı illərin xaos və kataklizm dumanında milli müəyyənliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqın həyatında Ulu Öndər Heydər Əliyevin hansı ölçüdə, böyük miqyasda rol oynadığı daha aydın və səhih boyalarla təhlilə gəlir. 

1980-ci illərin sonlarından etibarən ölkə əvvəlcə yenidənqurma adı ilə göstərilən bir absurdun tamaşaçısı olmaq məcburiyyətini yaşadı, ardınca bu ümidlərin də fiaskoya uğraması prosesi başladı. Hakimiyyət insanı oyuncağa çevirir, siyasi hərc-mərclik içində çabalayan respublikanın müqəddəratı müəyyən maraqların, mənafelərin güdazına verilirdi. 1990-cı ilin 20 Yanvarında törədilən qırğın, 1991-ci ilin noyabrındakı vertalyot qəzası, 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı. Milli müstəqilliyini elan etmiş Azərbaycan Respublikası eyni zamanda yalnız Qarabağ probleminin məngənəsində var-gəl etmir, ölkə miqyasında qabaran başqa olayları dəf etməyə çalışırdı: 1993-cü ilə qədər aparılan hakimiyyət çəkişmələri, siyasət oyunları, ölkədə yaranan hərc-mərclik, milli-siyasi qarşıdurmadan törənən Gəncə hadisələri, hadisələrin vətəndaş müharibəsi səviyyəsinə çatması obyektiv mənzərəni təfərrüatı ilə anlamağa kifayət edir.

Keçid dövrünün ovqatı böyük bir imperiyanın çökümündən sonra gerçəkləşən mədəni-mənəvi deqradasiyanın nəticəsi kimi pərvəriş tapırdı. Mədəniyyət və ənənəvi dəyərlər gözdən salınır, neçə onilliyin ədəbiyyatı nihilist yanaşmaların güdazina verilir, profanlaşma artır, elmin surroqatla əvəzlənməsi prosesi başlanırdı. Azərbaycan insanı da öz müstəqilliyini yaradan, postsovet məkanı kimi özgürlüyünü yaşayan xalq olaraq həm keçid dövrünün, həm də dünya səviyyəsində mövcud xaotik mərhələnin yükünü və ağrısını daşımağa məcbur edilmişdi. Yeni liderin gəlişinə, xalqın nicat yerinə çevrilməsinə ehtiyac vardı, zəmanə öz qəhrəmanını gözləməkdə idi. Nəhayət, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkədə siyasi qarşıdurma aradan qalxdı, Azərbaycan-Ermənistan arasında atəşkəs rejimi elan olundu, bütün sahələrdə sabitlik hökm sürməyə başladı. Xalq şairi Məmməd Araz o illərdə yazırdı: "Prezidentin müdrikliyi ondaydı ki, o, özünü itirmədi, gecikmədi; xalqın sərvaxtlığı ondaydı ki, o, qəfildən ayağa qalxdı və çevikliyini saxladı. Yoxsa Azərbaycan dövləti, milli müstəqilliyimiz, gələcəyimiz darmadağın ola bilərdi".

Bəli, milli-mənəvi həyatımızda hökm sürmüş xaos və stixiyadan sonra Dahi işinə ehtiyacın növbəsi gəlmişdi və zamanın sükanını ahəngə xidməti ilə seçilənlərin öhdəsinə verməyin vaxtı idi. Dövrün qarışıqlığı - ölkədə hökm sürən siyasi hərc-mərclik, sosial böhran, kükrəyən emosiyalar, xalqın fiaskoya uğrayan ümidləri və ardınca Heydər Əliyevin hakimiyyətə gəlişi! Bu yalnız hakimiyyətə qayıdış deyildi. Bir zaman görülən işlərin, bütün senzura və stereotiplərin üstündən adlanıb meydana qoyulan əməllərin bütövlənməsi, yenidən dövriyyəyə gətirilib tamamlanma şansı idi. İbrətlidir ki, tarix bu şansı digərinə deyil, elə istiqlal yollarında can qoymuş, məsləkini tərcümeyi-halına çevirmiş Seçilmişinə - Heydər Əliyevə həvalə etdi.

Heydər Əliyev yenidən, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da sübut etdi ki, ölkəni, xalqı idarəetmə missiyası əmin əllərdədir. Həmin o qarışıqlıq və xaos dövründə Heydər Əliyevin söylədiyi bir ibrətamiz fikir onun bütün fəaliyyət xəttini dəqiq xarakterizə edir: "Elmimizlə, mədəniyyətimizlə, mənəviyyatımızla çox ehtiyatlı, çox diqqətli davranmaq lazımdır. Bu işləri bazar iqtisadiyyatının ixtiyarına vermək olmaz". Heydər Əliyev yalnız milli müstəqilliyi qazandığımız 1990-cı illərdə deyil, eləcə də hakimiyyətdə olduğu sovet epoxası daxilində ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına verməmişdir. Onun siyasətçi kimi gücü bunda idi. Əvvəlki inadla millətin yaddaş kultuna sədaqətinin bərpa edilməsi məsələsinə həssas yanaşmasında! 1990-cı illərdə dahi şairimiz Məhəmməd Füzulinin 500, Mirzə Cəlilin 128, ilk möhtəşəm söz abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsi ədəbi irsə layiqli münasibətin izharına ən yaxşı nümunə olmaqla yanaşı, dövlət başçısının hansı məsələlərdə dəstək aradığını, mənəvi ülfət tapdığını bəlli edirdi. Daha sonra bu missiya klassik sənətkarlarımızın taleyinə münasibətdə davamını tapmağa başladı. Klassiklərimizin yubileylərinin keçirilmsi barədə sərəncəmlar imzalayan Heydər Əliyev qeyd edirdi ki, "Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik".

1993-cı illərdə yenidən hakimiyyətə gələn Heydər Əliyevin müasir ədəbiyyat kontekstində yerinə yetirdiyi "yaradıcılıq" missiyasının realizəsi bir tərəfdən klassik ədəbiyyatı yaşatmaqla bağlı idisə, digər tərəfdən çağdaş ədəbi prosesi gəlişdirmək məqsədilə atılan bir sıra addımlarla əlamətdar oldu; yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində rol oynayan, sonradan maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: "Azərbaycan", "Literaturnı Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarının və "Ədəbiyyat qəzeti"nin ölkə prezidentinin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsi ədəbi prosesin gəlişməsində əsaslı rol oynadı.

1993-cü ilin 15 iyunundan sonra Ümummilli lider bütün istiqamətlərdə ardıcıl, davamlı uğurlara, irəliləyişlərə imza atdı. Heydər Əliyevin həyata keçirdiyi siyasət qlobal mahiyyətinə görə bənzərsiz tarixi mərhələdə Azərbaycanın gücünə və Azərbaycan ictimai fikrinin təməl daşına çevrildi. XX yüzilliyin sonunda Ərəbistandan Qafqaza qədər dalğalanan siyasi ziddiyyətlərin Azərbaycana yansımaması, Azərbaycanın Şərqdə də, Qafqazda da müstəsna bir dünya dövləti kimi öz sabitliyini və hər mənada müstəqilliyini qoruyub saxlaması, Azərbaycanın Şərqdə unikal, tolerant bir Avropa dövləti kimi təzahür etməsi Heydər Əliyev tərəfindən irəli sürülmüş milli məfkurənin ümummilli mahiyyətinə ən mükəmməl və etibarlı sübutdur.

Ümummilli dəyərləri ideoloji baxımdan ilk dəfə o təsbit etdi. İqtisadi coğrafiyanı böyük quruculuq işləriylə, mənəvi coğrafiyanı isə milli-mənəvi dəyərlərin Azərbaycana qaytarılmasıyla gerçəkləşdirdi. Azərbaycanın qapılarını Dədə Qorqudun, Babəkin, Nizaminin, Nəsiminin, Hüseyn Cavidin, Şəhriyarın üzünə taybatay açmaqla, əslində, Azərbaycanın məfkurəvi necəliyini müəyyənləşdirdi. Bəli, 1993-cü ilin 15 iyununda Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə təkcə Azərbaycanı hərbi-siyasi böhrandan qurtarmaq üçün deyil, həm də Ümummilli liderin 25 il əvvəl başladığı Azərbaycançılıq əsərinin ən ciddi səhifələrini yaratmaq üçün dəvət etmişdir. Çünki bu mənəvi abidənin - siyasi Azərbaycanın sirri 1969-cu ildən başlayaraq Heydər Əliyevin üslubunda artıq kəşf olunmuşdur.

Heydər Əliyevin 40 illik siyasi yaradıcılığı bu gün azad, müstəqil, böyümüş, yenidən qurulmuş və ən əsası, Zəfər çalmış Azərbaycanımızın əsasını təşkil edir. Ulu Öndər o liderlərdən oldu ki, nəinki xalqın qurtuluş, yenidən var olma qüdrətinə imza atdı, həmçinin millətin həyatını sivil, modern dünya düzəninə uyğunlaşdırmağa nail oldu. 20 sentyabr 1994-cü il "Əsrin müqaviləsi"ndən uğurla başlayan bu yol sonradan çox böyük strateji əməkdaşlıqların əsasını qoydu. İlk dəfə olaraq dünyanın fövqəl və regional dövlətləri onun siyasəti ilə uyğunlaşmağa məcbur oldular, Azərbaycan dünyanın nəhəng dövlətləri ilə eyni sırada, eyni hüquqda dayandı və buna nail olmaq üçün Heydər Əliyevin dərin zəka və dünyagörüşü kifayət etdi.

Elnarə Akimova

Digər xəbərlər