ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
İslam Rzayevin 90 illik yubileyi qeyd olunacaq

MƏDƏNİYYƏT
10.06.2025, 15:02 Oxunub: 56Xalq artisti İslam Rzayevin 90 illik yubileyi qeyd olunacaq
"Şöhrət" ordeni laureatı, Xalq artisti İslam Rzayevin 90 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində xatirə gecəsi təşkil olunacaq.
1001info.az xəbər verir ki, iyunun 30-u, saat 19:00-da keçiriləcək tədbirdə İslam Rzayevin tələbələri, görkəmli xanəndələr, sənət adamları çıxış edəcəklər.
Qeyd edək ki, İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyətə göstərib. İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılmışdır. Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 70-dən artıq qastrol səfərlərində olub, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil edib. Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib.
