usd-1.7000 eur-2.0001 rub-2.1587
Bakı 27°C 6.76 m/s
Son xəbərlər
07-07-2025
04-07-2025
02-07-2025
01-07-2025
25-06-2025
24-06-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Tanrım, sonda nə var? - Rüstəm Behrudidən yeni şeir

details

ƏDƏBİYYAT

10.06.2025, 14:28 Oxunub: 308

1001info.az  Rüstəm Behrudinin "Ömür bulaq kimidir" adlı şeirini təqdim edir.

Ömür bulaq kimidir

Ömür bulaq kimidir.
Qış yas tutar, yaz ağlar.
Hər kəsin öz dərdi var,
Heç kimə deməz, ağlar.

Sən, ey çopur baş daşım,
Kim vardı səndən əvvəl?
Bilirəm, sən bilirsən,
Nə vardı sondan əvvəl?


Ömür bitdi beləcə.
Nə mən bildim, nə də sən.
Başdaşımdan o yana
Nə görsənir, görəsən?

Nə görsənir, ilahi?
Nəyim qaldı, nə qurum?
Mən varam, bir də boşluq,
Bir də dəli bir uçurum.


Ah bu uçurum, bu boşluq,
Bu cənnət, bu cəhənnəm.
Tanrım, sonda nə var? – De
Mən heç kimə demərəm.

Kim var orda, görəsən?
Arı da yox, şan da yox.
Baş qoyub yaslanmağa,
Bir quru yovşan da yox.

Bir dəstəksiz qapıyam,
Nə açan, nə döyən var.
Gedərdim, bilsəm, orda
Məni bir gözləyən var.

Ömür bulaq kimidir.
Qış yas tutar, yaz ağlar.
Hər kəsin öz dərdi var.
Heç kimə deməz, ağlar.

Digər xəbərlər