usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 19°C 1.41 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Elə bir Aşiqlik var ki, o yerdə pul- para rol oynamır... - Məlahət İsmayılqızı yazır 

details

ƏDƏBİYYAT

11.03.2023, 12:32 Oxunub: 2506

ADƏMİ--ADƏM ELİYƏN PARA...mı

 

                           Pul vasitədir, əqidə deyil- S. Şirazi

 

Ziya Göyalp pulu tanımadan yaşadı, Pulu tanımadan öldü-

                                                        Y. Z. Ortac

 

 

Ağıl və para! Paran varsa ağıllısan, güclüsən, hamıdan üstünsən, hamını döyə bilərsən, söyə bilərsən, axı sənin paran var, havalısan! Ola bilər ki, döyməzsən, söyməzsən, qarşı tərəf səni uca bilər, nədən ki, pulun- paran var.

  Ancaq ağlın varmı- vicdanın varmı, insanlığın varmı, bax bu vacib deyil, axı pulun var, paran var. Korsan- keçəlsən, bu da vacib deyil, nədən ki, hamıya saçlı oğlan kimi görünəcəksən, axı paralı oğlansan, ama İnsansanmı- bunu bilmirəm...

  Adına bəzən qara pul dedilər, bəzən Adəmi adam eliyən pul dedilər. Mənəviyyatdan danışıb, içdə para dedilər, həqiqərdən danışıb dağa qalxdılar, dağdan düzə endilər... sonda para dedilər. Heç görmədim pulun əl çirki olduğunu düşünüb əllərini yusunlar...

  Eşitdik böyüklərimizdən, pul əl çirkidir, oxu, savadlan, alim olma, ama adam ol. Adam olmağa çalışdıq, elə bu gündə bu düşüncələrlə kimlərisə inandırırıq ki, pul qaradır, əl çirkidir. Sən demə nə qara imiş, nə də əl çirki... hətta əqidə, amala dönməyə dönməyi varmış.

  “Böyük Ləyaqət  İnsanı Cəmiyyət üçün birdən- birə gərəksiz edir. Bazara Qızıl Külçəsi ilə getmirlər, orda xırda – qara pul lazımdır- Şamfor”.

   Kərəmi olanın dirəmi yox, dirəmi olanın kərəmi yox- S. Şirazi. Sözsüz belə misalları minlələ gətirmək olar.

  Lakin nə olursa olsun, elə bir Aşiqlik var ki, o yerdə pul- para rol oynamır, o elə bir aşiqlik ki, bu aşiqlər dünyanın sərvəti verilsə umrumda deyil deyəcəklər, bu sevdanın adına Vətən Eşqi- Vətən Aşiqliyi deyilir. O Aşiqlik olan kəslər dünyanın pul- para ehtiraslarından, ambisiyalardan- iddialardan uzaq bir nəsildir ki, Qocası- cavanı olmaz, yalnızca Vətən sevgisi var !.

                    Mən Canımdan keçərəm Sənin üçün,

                    Səndən də keçərəm Vətənim üçün !

    Bir macar fədaisi Ş. Petefi, o da Vətən Azdalığı uğrunda türk əsilli Şair.

   Bu Vətən uğrunda necə canlar getdi, torpağın altında yatıb onu bir boy daha Ucaldanlar var, Adlı- Adsız Qəhrəmanlar var, hər birinin Qarşısında əyilən başlar ki, Vətən sağ Olsun deyir: Təki Sən Yaşa, Yaşa Azərbaycan  deyir.

 1988- ci ildən başlayan, xalqımıza ağır fəlakətlər gətirən erməni terroru, onlara havadar duran Amerika- Avropa xaç dünyası, əslində isə bunlar səlib yürüşüdür Türk- müsəlman dünyasına qarşı, iran molla rejimi... sizsə hər zaman xəyanətkar rolundasınız və bu satqınlıq- şərəfsizlik rolunda hər zaman qalacaqsınız, çünki xislətiniz bu... nə edirsiniz edin, Tanrı bizimlədir, Tanrı- Uca Yaradan Azərbaycanı- Odlar Yurdunu hifz edir !

  Əgər bu torpağın Mübariz İbrahimov kimi İgidləri, Polad Həşimov kimi Generalları- Qəhrəman fədailəri varsa, öz həyat yoldaşının 1990-cı ilin yanvarında günahsız Şəhid edilməyinə öz sevgisi ilə ölüm adlı şərbət içən Fərizə kimi qızları varsa- daha bu Millətə, bu yurda zaval yoxdur. Bir dastan yarandı Azərbaycanda, adına İLHAM- FƏRİZƏ adlı Məhəbbət  dastanı deyilir...

  Sən Azad Olasan deyə, keçdim öz Azadlığımdan- R. Behrudi

       Təki Sən Yaşa Azərbaycan!

  44 Günlük Zəfər Qalibiyyətini bizlərə yaşadan, Xocalı uğruna döyüşə atılan Şəhidlərimiz, Qazilərimiz, Müzəffər Ordumuz, ağır günlərində bir yumruq halında birləşməyi bacaran Xalqımız və bütün bu şərəfli Vətən Müharibəsində xalqının yanında olan yenilməz Sərkərdə, güclü diplomat, Ali Baş Komandan, Əbədi Prezidentimiz İLHAM ƏLİYEV Cənabları, Məqsəd və Məram aydındır:

         Təki Sən Yaşa Azərbaycan !

 

                                    Məlahət İsmayılqızı.

                                                     20.  01. 2023 Bakı

 

 

 

Digər xəbərlər