ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Gördüm ki, ötən günlərimi məndən alırsan... Qiymətli olan çağları xəlvət aparırsan
jpg-1692004947.jpg)
ƏDƏBİYYAT
14.08.2023, 13:06 Oxunub: 258113 avqustda istedadlı gənc yazar Amin Əsgərli 18 yaşını qeyd edib. Amini sosial şəbəkələrdə təbrik edənlər ünvanına xoş sözlər yazıb, yaradıcılıq yolunda uğurlar arzulayıblar. 1001info.az olaraq gənc yazarı təbrik edirik və yaradıcılığından bir nümunə təqdim edirik.
Yağmış yenə axşam çağı qəmgin dəli leysan,
Doldurdu gəlib qəlbimə sakit həzin hicran,
On səkkiz olub yaş hələ fikrimdə uşaqlıq,
Getmə belə tezliklə həyat, sanki qaçırsan,
Sən qaçdığın an gah enib, gah ucalırsan.
Qəlbimdə diləklər diləyim, şam üfürüm mən,
Könlümdə ümiddir bu şəmin sönməyi sanki,
Gəldim son uşaqlıq gecəsin qeyd eliyim mən,
Gördüm ki, ötən günlərimi məndən alırsan,
Qiymətli olan çağları xəlvət aparırsan.
Amin bu fikirlər qonağın olsada hər gün,
Səbr eylə, ümid tap, sənə qismətdisə bir gün,
Yollar aparıb saxlayacaq arzu evində,
Ol vaxtı düşərsən başa indisə danırsan,
Sağlıq təki olsun uca Rəbbə əl açırsan,
Hər şey düzələndir, bu həyatnan barışırsan,
Mövlud günü hər kəsdən elə təbrik alırsan.

Digər xəbərlər

