ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Gözlə Məni, günün birində Sənə dönəcəyim şübhəsiz Göyçəm ... - Məlahət İsmayılqızı yazır

ƏDƏBİYYAT
26.06.2023, 17:12 Oxunub: 4190BURDAN O YANA BASARKEÇƏRDİR !
Bizim tarixi torpaqlarımız İrəvan Xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
GÖYÇƏDƏN – Göyçək adlı addan ad alaraq dünyaya 7- 10 min il öncədən meydan oxuyan , “KİTABİ DƏDƏ QORQUD”dan boylanan boylarında adı hallanan Gökcə dəngiz deyə anılan Gözəllər Gözəli Göyçədən- Ana Ocağımdan üzü Azərbaycana adlı Böyük Vətənə doğru ... “Tanrı bizə Vahid bir Azərbaycan bəxş etmişdir, iki yox. Onu imperiyalar bölüşdürsələr də, əlimizdə qalanı göz bəbəyimiz kimi hifz edib qorumalıyıq. Azərbaycan səcdəgahımız, Türkçülük isə tacımızdır - İsmayıl Əliyev”... və bütün işlərimiz, əməlimiz, “qələmin yorulmaz vəzifəsi (M. Cəlil), bu gözəl məmləkətin yoluna diyirlənən daş- qayanı yolumuzdan kənar etməyə, yardım etməyə -- gücün nəyə çatırsa sən də bir işin qulpundan yapış !
GÖYÇƏ – Azərbaycan Türk Mədəniyyətinin qaymağıdır. Qədimdən- qədim Türk məskənlərinin ilkin məkanıdır. Türk dünyaya gəlişindən Göyçəyə yol almışdır. Bu günlər gözəl hava, saf su, gözəl iqlimi ilə fərqlənən məkanlar axtarırıq ki, orda ruhumuz dincəlsin. Göyçə məhz belə bir məkan idi, ruhlarımızın dinclik tapdığı məkan... Bu günlər artıq əlimizdən çıxan -- uçub gedən Ağ kəpənəklər kimi, gözəl bəxtimizmi deyək, yoxsa şanslarımızmı...!?. Düşmən bəxtimizi, lap elə qismətimizi, yığvalımızı oğurladı. Vətənsizlik- özü də Göyçə kimi bir Vətənsizlik özü ayrı bir dərddir. GÖYÇƏ bir məkan olaraq qədim Türk dünyasının bütün elementlərini özündə saxlayır : istər musiqidə, saz- söz sənətində, istərsə də ədəbi mühitdə, folklorda, istər məişət- etnoqrafik xüsusiyyətlərdə bir daşıyıcı kimi öndə olmuşdur. Nə təəssüflər ki, bu gün əlimizdə olmayan, ayaqlarımız altında doğma torpağın gücünü və qüdrətini hiss etmədən yaşayan bizlər çox ehtimal ki, kökündən qoparılmış ağaclara bənzəyirik...
GÖYÇƏ-nin timsalında biz hər iki dünyada Cənnəti itirdik...
Daşnak erməni tayfasının ayaqları altında inləyən Qərbi Azərbaycan- Göyçə mahalı bir əsrdə dəfələrlə qaçqın- köçkün olub pərən- pərən düşdü. Maddi və mənəvi genosidə məruz qaldı. Bəzənsə köçürülmə adı ilə deportasiyaya məcbur edildilər. Azərbaycanın 1988- ci ildən aşkar məruz qaldığı soyqırimı Qərbi Azərbaycan camaatı artıq uzun illərdi ki, yaşayırdı. 1988-ci ildən aşkar başlanan erməni iddiaları bütün Qərbi Azərbaycanın , o cümlədən Göyçə mahalının da itirilməsi ilə nəticələndi. Hələ keçən əsrin əvvəllərindən, 1905- 1906, 1915, 1918- ci illərdə Azərbaycan Türk millətinə qarşı füğan edən erməni vəhşılikləri saya – hesaba gəlmir. Bir əsrdə dəfələrlə soyqrıma məruz qalıb öz yurdunda qaçqın düşən, qışın qarında, yayın istisində pərən- pərən olan insanlarımızızın gördükləri dəhşətlər könülə- qəlbə sığmır. Keçən əsrdə 1905- 06 –ci illərdə bizlərin nənə- babaları Qərbdən- Şimala dəfələrlə köç etmişlər. 1918- ci ildə isə Göyçə camaatı əsasən dağları aşıb Gədəbəyə sığınmaq məcburiyyətində qalmışdılar. “Azərbaycanımızın kişik bir zərrəsi olan Ulu Göyçə və onun cəsur oğulları da Azərbaycan Türk tarixini həmişə qəhrəmanlıq səhifələri ilə zənginləşdirmişlər. Uzağa getməyək, 1918- 19 –cu illin amansız daşnak avantürasına qarşı döyüşlərdə göyçəlilər də mərdlik göstərmiş, nizami daşnak ordusunu bir neçə çox mühüm döyüşlərdə - Zodda, Cil kəndi aşırımında və nəhayət Göysu- Ağkilsə, Göyçə gölünün sahil sularında pərən- pərən salaraq Göyçəni bütünlüklə düşməndən azad etməyə müvəffəq olmuşlar. Təsadüfi deyildi ki, bu münasibətlə “Qırmızı Tabor”un cəsur komandiri, yenilməz sərkərdə Abbasqulu Bəy Şadlinski yaxın adamı olan Səməd Ağaya göndərdiyi məktubunda göyçəliləri təbrik edirdi”.
Artıq 1988- ci il... Göyçə həmin Göyçədir, bəs indiki bu miskin vəziyyət hardan? Bu haqlı suala həmkəndlilərim- (Sətənağac- Güney kəndi), daşnaklara qarşı 1918- 1919 -cu il döyüşlərində bilavasitə iştirakçı olmuş Xıdır Mustafaoğlu və Qəşəm İbrahimoğlu belə cavab verdilər: “Onda bizə Musavat höküməti həm sursatla, həm də könüllülərlə böyük köməklik göstərdi. Bir tərəfdən Dərələyəz aşırımı ilə Abbasqulu Bəyin köməkliyi imdadımıza çatdı. İndi isə xalqımızın kəsərli qılıncı əlindən alınaraq Vəzirov kimi “başbilənləri” mizə tapşırılıbdı. Onlar da ki, dinəni hədələyir, ermənilərə yaltaqlanırlar. Böyük şairimiz R. Rza deməli “yaltaqlanmaq- mənəvi rüşvət vermək deməkdir”. Bunun da aqibəti bugünkü miskinliyə gətirib çıxardı. (mənbə “Göyçə nisgili, Göyçə dərdi”- İsmayıl Əliyev, 2020).
Tarixən elə bir coğrafiyada yerləşmişik ki, barlı- bərəkətli torpaqlarımız, yeraltı- yerüstü sərvətlərimiz , öncəsi isə türk- müsəlman olaraq dünyaya gəlişimiz – milli mənsubiyyətimiz bizləri və coğrafiyamızı daim təhlükə altında qoyur. 200 il əvvələ yönəlsək, 1828- ci ilTürkmənçay və bir qədər irəli Gülüstan müqaviləsi və bu müqavilələrdən doğan Türkiyə və İran ərazisindən qaraçı erməni tayfasının Azərbaycana, onun Qarabağ bölgəsinə, və s. qədim Türk yurdlarına kütləvi köçürülməsi başlandı.Olduqca məkrli və hiyləgər düşmən olan ermənilər öz niyyətlərini həyata keçirmək üçün özgə torpaqlarına yiyələnmək, , özünə vətən etmək , ələ keçirmək arzusu ilə içdən gizli siyasət yeridirdilər. Erməni terror dəstələrini bir araya gətirən daşnak “Asala” təşkilatı, onun qınçaq qolu, Krunk təşkilatı, bir sözlə xaricdən- Avropa xaç dünyasından dəstək alan erməni hayları Azərbaycan və Türkiyə əhalisini, daha doğrusu milli mənsubiyyətinə görə türk adlanan İnsanları minbir zülm və işgəncələrə məruz qoymuşlar.
Daha bir fakt, 1918- ci ildə erməni daşnak qulağıkəsik andranikin quldur dəstələri Göyçədə Sətənağac kəndi ilə Şişqaya kəndi arasındakı yolun üst tərəfində yerləşən tövlədə 800- dək türk azərbaycan camaatını od vurub diri- diri yandırmışlar. Uşaqlar, böyük- kiçik demədən, cavan- qoca bilmədən qətliam etmişlər. Erməni xisləti budur, xain, xəbis, alçaq, bilirəm ki, damarında İnsanlıq qanı axan bir millət olaraq Xocalını unutmadıq. 44 günlük Zəfər Qələbəmizi Xocalı uğruna, günahsız Ana- bacılar uğruna hesab etdim hər bir mərmini. Hələ bu qisasın sorağı çox gələcək. Min illər sonra belə nələr unudulsa da, Xocalı adlı soyqrım- genosid, günahsız İnsanların fəryadı və bizlərin içindəki intiqam atəşi sönməyəcək, erməni adlı mənfur düşmən, səni tarixə göməcəyik !
1948- 53- cü illərdə Sovetlər İttifaqı zamanında Kommunist Partiyasının Baş Katibi Stalinin və SSRİ Rəyasət Heyətinin sədri olmuş Anastas Mikoyanın fitvası ilə 160- mindən çox Qərbi Azərbaycan türkü məcburən Azərbaycana- isti iqlimə malik Ucar, Əli Bayramlı, və s kimi yerlərə köçməyə məcbur edilmişlər. Məs., bizim Sətənağac kəndindən bibimgil- Qəndab Mamam ailəsi ilə, Nəsib babagil Gədəbəy- Xarxar və s yerlərə köçürülsələrdə təmiz dağ iqliminə öyrənmiş insanlar tab gətirə bilməyərək yenidən öz torpaqlarına dönmüşlər. Təbii ki, Göyçə mühitində yaşayan insanlar Aranın istisinə, miğmığasına, palçıqlı suyuna tab gətirə bilməzdilər. Bir haşiyə çıxmaq istədim : Ata tərəfdən dayılarımız, Nəsib baba bir müddət Gədəbəydə yaşasalar da, Azərbaycanın müxtəlif rayonlarına səpələnsələr də geri qayıdıb dağlardan- Qoca Dağdan öz yurd- yuvalarına həsrətlə baxarlarmış Nəhayət dağdan enib kəndinə qayıdan Nəsib baba danışırmış ki, Göyçənin havası mənə vuranda anladım ki, bütün soyu- kökü buralarda qalmış insanlar üçün Vətən də qərib gəlir. Və beləliklə camaat Göyçəyə yenidən qayıdır. Erməni daşnak quldurlarının məkrli, alçaq planlarını alt- üst etmək və öz əhalisinə sahib çıxmaq özü ümdə vəzifə idi. 1953- cü ildə Stalinin vəfatından sonra nəhayət ki, havalar bir qədər durulmağa başlayır.
Nəhayət 1988- ci ilin soyuq fevral ayından başlayan məkrli Qarabağ oyunları və Qərbi Azərbaycan camaatının zorakılıqla yurd- yuvalarından didərgin salınmasına başlandı. Keçmiş SSRİ- nin erməni havadarları Qorbaçov, Aqambekyan və s kimi şovinist, xaç yürüşünə rəvac verənlər, xristian dünyasına- məkrinə qulluq edənlər Azərbaycan türk əhalisinə qarşı torpaq iddiası adı altında sözün həqiqi mənasında genosidə keçdilər. Baş verən hadisələr olduqca tükürpədici idi, Spitakda 76 nəfər türk kökənli balaca azyalı uşaqların amansızlıqla borulara doldurularaq od vurulması və öz Ata- Analarının gözü qarşısında baş verən qətliamlar, insanların güllələnməsi, vəhşicəsinə döyülməsi, qapı- qapı düşərək azərbaycan əhalisindən silahların yığılması... bu amansız qətliamları söyləməyin özü belə ağırdır. 70 il Sovetlər Birliyində yaşayan, bütün sərvətlərinin talanıb Moskvaya apardıqları, 1941- 45- ci illər Vətən müharibəsində faşizmə Azərbaycan nefti ilə qalib gələn Sovetlər Birliyi Azərbaycan Xalqını belə “mükafatlandırdı”. Qərbi Azərbaycanın digər bölgələrində olduğu kimi Göyçədə də əhali minillik torpaqlarını , alın təri ilə qurub- yaratdıqları ev- eşiklərini, əməklərini, öncəsi isə kökləri ilə bağlanmış olduqları qopmaz tellərlə yurdlarını, nənə- baba məzarlarını min bir həsrət və acı ilə tərk etdilər...
Qərbi Azərbaycanın tanınmış maarifçi- ziyalısı, güclü qələm sahibi, ünlü jurnalist İsmayıl Əliyev danışırdı ki, Göyçə dəfələrlə dağılıb, lakin hər dəfəsində 2- 3 il çəkməyib camaat yenidən dönüb öz obasına. Məlum bu dəfəki köç- barxanalar geri qayıtmaq ümidilə düz 35 –ildir yol gözləyir :
Göy gözlü Atam- Anam,
Göy Gözlü Göyçəm,
Elə bu gün, bu gün...
Vətənə dönmək zamanıdır !
Bəlkə də Ölmək zamanıdır...
Ölmək deyil, Qisas zamanıdır (M. İ. )
Bir əsrdən artıq müddət keçməsinə baxmayaraq erməni məkrləri, erməni yalanları xaç- Avropa dünyasının, qərbin dəstəyi ilə türk- müsəlman əhalisinə qarşı çirkin xislətlərini heç gizlədə bilmirlər... Nə qədər çətin olsa da Göyçə kimi Övliyalar məskəni, sazın- qopuzun sənəti, müqəddəslər məkanı Miskin Abdal ruhlu, Dədə Əlsgər soraqlı şeiriyyət məskənlərimiz, türkün fəlsəfi dünyasının açarı, Dədəm Qorqud məskənli bu diyar35 ildir namərd düşmən ayaqları altındadır... Tarixi məkanlarımız, toponomiyalar- yer, yurdlar tarixi adlarımız, türk mifolgiyasına söykənən Tanrıçılıq, Ocaqlarımız- müqəddəs yerlərimiz , min illik köklərimiz, dərinlərə işləmiş soy- kökümüz o Müqəddəs diyarda- İNCİLƏR məskənində qaldı. Yol gözləyən Nənə- Baba məzarları, Gökcə dəngiz bizləri gözləyir.
44 günlük Zəfər Qalibiyyətini bizlərə yaşadan Ali Baş Komandan, Əbədi Prezidentimiz İlham Əliyev Cənabları, Müzəffər Azərbaycan Ordusu və Azərbaycan Xalqının birliyi- 30 illik işğaldan Qarabağ torpaqları azad olundu. Artıq üç ilə keçən bu illərdə Böyük diplomat, Sərkərdə, düşmən üzərində qələbə taktikasını və strategiyanı düzgün quran mahir siyasətçi olan İlham Heydər oğlu , bu günkü Azərbaycan – İlham Əliyev Azərbaycanı , neçə- neçə xarici olkələrin müdaxiləsi, erməni kimi amansız , hiyləgər düşmən, haqsızlıqlar, hücumlar, lakin Beynəlxalq hüquq, yəni Avropanın öz əlilə yazdığı hüquq Azərbaycana özü imkan verdi ki, beynəlxalq hüquq və dünyanın hazırlanmış yeni düzəni- İlham Əliyev bu şanslardan çox məharətlə istifadə etdi :
Heydər Bəyin çörəyi halalın, Xainlər cəzasın alacaq,
Ana yurduna sahib çıxdın, Azərbaycan Səni yaşadacaq,
Bir Millət, İki Dövlət ! Zəfər tarixini Sən yazdın !
Sənə güvəndik Türk Oğlu ! Sənə güvəndik Türk Oğlu !
M. İ.
Var OL, min yaşa Azərbaycan Prezidenti, , Ali Baş Komandan, min yaşa Heydər Əliyevin Oğlu! Siyasi hakimiyyət və ictimai inkişaf – məhz bu istiqamətlər üzərinə quruldu Müasir Azərbaycan dövlətçiliyi və onun mükəmməl tərəqqisi. Önəmli olan isə dövlətdə stabilliyi qorumaq idi. Çünki, stabillik demokratiyadan daha önəmli amildir. Ən əsası Qarabağı- xalqın milli ləyaqətini qaytardın, Tanrı tərəfindən Azərbaycana və İlham Əliyevə verilmiş şansı heç bir kimsə İlham Əliyev kimi – Onun kimi dəyərləndirə bilməzdi. Füzulinin işğaldan azad olunması İkinci Qarabağ savaşının dönüş nöqtəsi oldu. Noyabrın 8- i Azərbaycanın mənəviyyat beşiyi Şuşanın azad olunması ilə erməni cinayətkarlarının kapitulyasiyası başladı. 32 il idi ki, xalqımız yuxu yatmırdı, inanın bu 44 günlük Zəfər Qələbəsi bizi dünyaya yenidən gətirdi.
44 Günlük Zəfər Qalibiyyətini bizlərə yaşadan Şəhidlərimiz qarşısında nə qədər baş əysək yenə də azdır, bu torpaq uğruna, Vətənin Azadlığı naminə baş qoyan Adlı və Adsız qəhrəmanlar Ruhunuz Şad Olsun, Məqamınız Cənnətdir !
Biz yalnız və yalnız İstiqbalımız üçün hərb edirik. Bizi bu müqəddəs məfkurədən vaz keçirəcək heç bir bəşəri qüvvə yoxdur- C. İsmayıl. Bizlərin məfkurəsi Vətəndir, Azərbaycandır. “Məfkurəçiliyin təbii fəlsəfəsi nikbinlikdir- Z. GöyAlp”, və bizlər nikbinik, çünki məfkurə, amal- əqidə İnsanı olmaq özü hər dövlətə, hər Millətə xas deyil, bu yalnız bizlərə, biz Türk xalqlarına məxsusdur.
Əlbət ki, hər bir Qalibiyyət öz zamanının kəşfidir. XXI əsr Azərbaycan Ordusunun və Ali Baş Komandanın, müzəffər sərkərdəlik qabiliyyətinin qələbəsidir bu Qələbə ! Beynəlxalq hüquq və Ordumuzun gücü- dünya belə bu amillər qarşısında acizdir !
Burdan o yana Basarkeçərdir- Prezidentimiz bu sözləri 2021- ci il avqust ayının 16- da Ömər aşırımında dayanıb söylədi . Və bir çox tarixindən xəbəri olmayan jurnalist – mətbuat işçilərinə yenə də bir dərs verdi. Qədim Türk Məskəni- Basarkeçər.
Qarabağdan sonra səfər Qərbə doğru- Göyçəyə doğru, Səfər bizdən, Zəfər Allahdan. Azərbaycan Ordusunun Kəlbəcərdən üzüaşağı Göyçəyə enəcəyi gün uzaqda deyil!
Gözlə Məni, günün birində Sənə dönəcəyim şübhəsiz Göyçəm ...
Heç bir zaman unutmadım ki, GÖYÇƏYƏ GEDƏN YOLLAR QARABAĞDAN KEÇİR !
MƏLAHƏT İSMAYILQIZI
AYB- nin və AJB-nin üzvü, Qızıl Qələm media mükafatı,
H. B. Zərdabi adına Diplom
21. 05. 2023

Digər xəbərlər

