usd-1.7000 eur-1.9588 rub-2.1656
Bakı 23°C 3.95 m/s
Son xəbərlər
21-06-2025
19-06-2025
18-06-2025
13-06-2025
12-06-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Günün şeiri... - Mən səni sevirəm, sən varı pulu...  Gör hardan düşübdü eşqimin yolu

details

ƏDƏBİYYAT

30.05.2022, 00:10 Oxunub: 11059

1001info.az  "Günün şeiri" rubrikasında  şair  Sücaətin  "Kaş olmayaydı " şeirini təqdim edir.

    Kaş olmayaydı

Ölümə nə var ki, bir dəfəlikdi,
Sevib ayrı düşmək,  kaş olmayaydı.
Nəğmələr quş kimi qanadlananda,
Gözlərdən süzülən yaş olmayaydı.

Mənim qəlbim kimi inləməz kaman,
İlk eşqi itirmək yamandı, yaman.
Könüllər odlara qalanan zaman,
Ürəklər bərkiyib, daş olmayaydı.

Mən səni sevirəm, sən varı pulu,
Gör hardan düşübdü eşqimin yolu.
Nə mənim ürəyim bir belə dolu,
Nə sənin ürəyin boş olmayaydı.

Silinməz sinəmdən bu düyün, bu dağ,
Gəzdi gəncliyimi qəm budaq-budaq.
Həsrətdən, möhnətdən titrəyən dodaq,
Kədərdən çatılan qaş olmayaydı.

Yar deyib ağlayır könlümün sazı,
Bir gündə yüz dəfə yanıram azı.
Sücaət, heç kəsin baharı, yazı,
Dönüb birdən-birə qış olmayaydı.

Digər xəbərlər