usd-1.7000 eur-1.8152 rub-0.0180
Bakı 17°C 3.16 m/s
Son xəbərlər
16-04-2024
09-04-2024
07-04-2024
05-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Haluk Levent haqqında maraqlı faktlar

details

ŞOU

08.02.2023, 16:52 Oxunub: 1515

Saçlarını kəsərək nüvə silahına etiraz etdi, həbs olundu, xəstə qız üçün məşhur mahnını yazdı – Haluk Levent haqqında maraqlı faktlar

Saçlarını kəsərək nüvə silahına etiraz etdi, həbs olundu, xəstə qız üçün məşhur mahnını yazdı – Haluk Levent haqqında maraqlı faktlar

 

1001info.az Kulis.az-a istinadən  Türkiyənin cənub-şərqində baş vermiş şiddətli zəlzələlərdən sonra zərərçəkən insanlara dəstəyi ilə digər həmkarlarından fərqlənən müğənni Haluk Levent haqqında maraqlı faktları təqdim edir.

Haluk Levent 26 noyabr 1968-ci ildə Adananın Yüreğir mahalının Yamaçlı məhəlləsində anadan olub. Doqquz uşaqlı ailədə səkkizincisi övlad olan Halukun ailəsi Nusayri tayfasının törəmələridir.

Sabancı adına İbtidai məktəbində təhsilə başlayan Haluk Adana Atatürk Liseyindən məzun olub. Daha sonra Karadeniz Texniki Universitetində meşə mühəndisliyi fakültəsində təhsil alıb. Ardınca Ankara Universitetində kompüter proqramlaşdırması, Orta Doğu Texniki Universitetində fizika fakültəsi və Ankara Universiteti Mühasibatlıq fakültələrində təhsil alıb.

Onu yaxından tanıyanlar qeyd edirlər ki, Haluk universitetlərin​​qəbul imtahanlarında qalib gəlsə də, sonrakı illərdə təhsilini davam etdirmədiyindən universiteti yarımçıq qoymalı olurmuş. Buna əsas səbəb isə ailəsinin maddi sıxıntısı da mühüm rol oynayıb.

***

Belə ki, ailəsini dolandırmaq üçün ticarətlə məşğul olan Haluk Levent uğursuz iş adamı olaraq bir müddət sonra Adananı tərk edir, şəhərləri gəzərək küçələrdə mahnılar oxuyur, pul qazanmağa başlayır.

Deyilənlərə görə, hətta həmin dövrlərdə o, xəstə bir qız üçün küçələrdə mahnı söyləyir, qarşılığında qazandığı pulları həmin qızın müalicəsi üçün xərcləyirmiş.

***

Sonralar həmin qız üçün “Elfida” mahnısını ifa edir. Haluka böyük məşhurluq qazandıran bu mahnı haqqında sonralar müxtəlif hekayələr yayılır. Müğənni məsələyə aydınlıq gətirib deyir:

"Son vaxtlar “Elfida” mahnısı ilə bağlı çox danışılır. Polemikalar gedir. Hələ də “Twitter”də Elfidanın gənc qız olması ilə bağlı müxtəlif fikirlər deyilir və s. Bu məsələyə aydınlıq gətirmək istədim. Birincisi, Elfida sonradan verilən addır. Həmin qızın adı Beyzanurdur. Mən bu qızla 4 yaşında tanış olmuşdum. Atası Murat Çelik fəhlə idi. O qızımızın sağalmaz xəstəliyi ilə mübarizə aparmaq üçün Cerrahpaşa Tibb Fakültəsinə gedirdim. Həkimləri görürdüm. “Elfida” Beyzanur adlı qız üçün yazılıb. Bir gün həkimlərin kabinetində idim, həkimlərdən biri mənə dedi, Haluk bəy, bu qızdan əl çəkin. Bu onun yaşamayacağı mənasını verirdi. Yanımda musiqiçi dostum Emrah Aydoğdu vardı. Elfida sözü osmanlı türkcəsində əldən getmiş qadın deməkdir. Təbii ki, bir-birimizi qucaqlayıb ağladıq.

Beyzanuru çox sevirdim. Sonra oturub bu mahnını yazdım. Beləcə, Beyzanurun son günlərində ona bu mahnını oxuyurdum, amma o, mahnının ona adi olduğunu bilmirdi, Elfida kimi bilirdi. Təbii ki, balaca uşaq idi, son günlərində 8 yaşı vardı. Sonra o, vəfat etdi. Bir gün valideynlərinə dedim, lütfən, başqa övladınız da olsun. Onlar bir ildən sonra mənə zəng etdilər, dedilər ki, Haluk abi, bir qızımız doğuldu. Onun adını Elfida qoyun dedim...”

***

Müğənnin ilk çıxardığı musiqi albomu “Yollarda” adlanır.

Bu albom həm də Anadolu rok musiqisinin ortaya çıxdığı 70-ci illərdən sonrakı dövrün ilk əsərlərindən biri idi. “Yollarda” musiqi albomu, təxminən, iki yüz min satış rəqəminə çatıb.

1995-ci ilin oktyabr ayında Haluk “Bir gecə vaxtı” adlı ikinci musiqi albomunu çıxarır və albomdan bir milyona yaxın satış əldə edir.

***

1997-ci ilin avqustunda müğənni kommersiya işinə görə 9 aylıq həbs cəzası alır. Həbsxanada olarkən o, uzun saçlarını kəsdirərək nüvə silahının Mersində yoxlanılmasına etiraz əlaməti kimi əlaqədar qurumlara yollayır. Bununla yanaşı həbsdə olan zaman “Pişik körpüsü” adlı ilk kitabını yazır.

***

Azadlığa çıxandan sonra Haluk növbəti musiqi albomunu çıxarıb 18 aylıq hərbi xidmətə yollanır.

 

Əsgərlikdə olduğu müddətdə Türkiyədə heç vaxt getmədiyi yerlərdə konsertlər verir. 1999-cu il zəlzələsindən sonra İzmitdə qurulan çadır şəhərciklərində şəxsən işləyir və çadırlar qurur. Zəlzələdən zərər çəkənlərin xeyrinə konsertlər verir.

***

Türkiyədə ən çox konsert verən sənətçilərdən biri olan Haluk Levent bu konsertlərin çox mühüm hissəsindən pul almayaraq, konsertdən gələn gəliri ehtiyacı olan xəstələrə bağışlayıb. Buna görə "faydalı rokçu" adına layiq görülüb.

***

Eyni zamanda ekoloji problemlərə qarşı həssaslığı ilə seçilən sənətçi, demək olar ki, hər albomunda ekoloji şüurun inkişafı yolunda mahnılar ifa edib.

O, Türkiyənin müxtəlif bölgələrində ətraf mühitə zərərli olduğu deyilən layihələrə qarşı məhkəmə iddiaları qaldırıb və davalara qarışıb. O, Mersinin Kazanlı rayonunda Caretta Caretta tısbağalarının nəsli kəsilməməsi üçün etiraz edib.

***

Bir dəfə evlənən Haluk Levent 2004-cü ildə Neslin Yonanlarla ailə həyatı qurub. 14 il davam edən bu evlilik 2017-ci ildə bitib. Cütlüyün Ela adlı bir qızı var.

Müğənni sənət həyatında on iki albom, min konsert, iki kitab, yüzlərlə mükafat, xeyriyyə konserti, iki rekord konsert (on iki saat) və onlarla ekoloji məhkəmə çəkişməsi keçirdi. 2010-cu ilin son aylarında Hacivat Karagöz albomunu buraxdı. Virtual aləmdə izlənmə rekordları qırdı.

Bu günlərdə isə müğənni ölkəsində baş vermiş irimiqyaslı zəlzələdən zərərçəkən insanlara yardımı ilə digər həmkarlarından fərqlənməsi ilə yaddaşlarda qalmağı bacardı.

Digər xəbərlər