ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Hozu dayə” filminin qala-gecəsi keçiriləcək
ŞOU
30.10.2023, 15:46 Oxunub: 1046Hər kəsin gözlədiyi “Hozu” filminin üçüncüsü işıq üzü görür.
1001info.az oxu.az- a istinadən xəbər verir ki, komediya janrında olan “Hozu dayə” filmi 1 noyabrdan etibarən artıq tamaşaçıların ixtiyarına verilir.
Məcid Hüseynov, Zemfira Əbdülsəmədova, Aqil M.Quliyev, Samir Ələsgərov və Tərlan Nuryaşar kimi bir çox məşhur aktyorun yer aldığı filmin quruluşçu rejissoru İlham Yaşaroğludur.
“Hozu dayə” filminin digər ikisindən fərqi ondandır ki, “Hozu” bu filmdə müxtəlif iş sferalarında özünü sınayır. Anasına söz verdiyi kimi, elan qəzetində barmağını qoyduğu işdə çalışacaq. Tərslikdən, “qoca bir arvada dayə axtarılır” elanına təsadüf edir. “Hozu” verdiyi sözü tutur və qarının bütün şıltaqlıqlarına dözür. Qadın “Hozu”nu evdən qovmaq bəhanəsi ilə müxtəlif yollara əl atsa da, qəhrəmanımız bütün çətinliklərin öhdəsindən asanlıqla gəlir. Filmin gedişatında başa düşüləcək ki, yaşlı qadın, əslində, pis adam deyil, sadəcə olaraq, bütün şıltaqlıqları övladları onun yanında qalmadığına görədir. “Hozu” reallığı bildikdən sonra qadınla bir oyun qurub övladlarının analarına diqqət etməsini gerçəkləşdirir.
Maraqlı və gülməli situasiyalarla dolu bu filmdə çox sayda sosial mesajlar var. Filmin üstünlüyü ondadır ki, yaş məhdudiyyəti yoxdur.
Qeyd edək ki, “Hozu dayə” filmini 1 noyabrdan etibarən şəhərin bütün kinoteatrlarında izləyə bilərsiniz.