USD-1.7 EUR-1.8109 RUB-0.0177
Bakı 22°C 2.67 m/s
Son xəbərlər
19-09-2023
13-09-2023
03-09-2023
30-08-2023
20-08-2023

ŞƏHİDLƏR -Qazilər

 Qəhrəmanlar unudulmur ... Tarix müəllimi Rəvan Lətifov  

  Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Hüseynbala Mirələmovun kitabı ispan dilində işıq üzü görüb

details

GÜNDƏM

26.05.2023, 13:37 Oxunub: 2139

“Görkəmli insanların həyatı – Heydər Əliyev” kitabı ispan dilində işıq üzü görüb
 
 
Madridin “Mandala Ediciones” nəşriyyatı müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Dövlət Tərcümə Mərkəzinin ispan dilində ərsəyə gətirdiyi “Görkəmli insanların həyatı – Heydər Əliyev” kitabını nəşr edib.
Hüseynbala Mirələmov və Viktor Andriyanovun müəllifi olduqları kitab ilk dəfə 2005-ci ildə rus dilində Moskvada “Molodaya qvardiya” nəşriyyatında işıq üzü görüb.
“Mən Naxçıvanda doğulmuşam…”, “Bura da bir cəbhədir”, “Heydər və Zərifə”, “Bu peşəni yeniyetmə vaxtlarından seçmişəm”, “Respublikanın rəhbəri”, “Sən bütün İttifaqa lazımsan”, “Mən insanam, daşdan, dəmirdən deyiləm”, “Xalqıyla birlikdə olmaq haqqı”, “Doxsan üçüncü”, “Dünya siyasətində Azərbaycan nefti”, “Günəş dənizdən doğur”, “Prezident ili”, “Dünyanın gözündə” adlı on üç fəsildən ibarət kitabın ispan dilinə tərcümə müəllifləri salvadorlu dilçi-alim, professor Sesar Edqardo Martines Flores və Dövlət Tərcümə Mərkəzinin ispan dili mütəxəssisi Nərmin Hüseynlidir.
Sözügedən kitab İspaniyanın Milli Kitabxanası ilə yanaşı, Valensiya Mədəniyyət Evinin, Madrid Komplutense Universitetinin, Barselona Universitetinin, Alkala Universitetinin, Kral Tarix Akademiyasının kitabxanalarına, Mario Varqas Lyosa adına, Qabriel Qarsiya Markes adına, San Blas, Aluçe, Migel Delibes adına, Pablo Neruda adına, Euxenio Trias adına, Kaniyexas, San Fermin, Damaso Alonso adına, Fransisko İbanez adına, Xerardo Diego adına, Qloriya Fuertes adına, Pio Baroxa adına, Ana Maria Matute adına, Benito Perez Galdos adına, David Gistau adına, İvan de Vargas adına, Xose İerro adına dövlət kitabxanalarına da yerləşdirilib.  

Digər xəbərlər