ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
I Lənkəran Kitab Sərgisi keçiriləcək

ƏDƏBİYYAT
04.03.2023, 19:14 Oxunub: 1852 10-12 mart tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyilə I Lənkəran Kitab Sərgisi həyata keçiriləcək.
525.az xəbər verir ki, ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə baş tutacaq sərgi çərçivəsində möhtəşəm proqram və çoxçeşidli kitabların satışı, eləcə də nümayişi nəzərdə tutulub.
Müxtəlif endirimlərin tətbiq olunacağı kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar keçiriləcək.
Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan üç günlük sərgiyə giriş 10:00-dan 18:00-dək mümkün olacaq.
Oxucular sərgi çərçivəsində yazıçılar Elxan Elatlı, Rövşən Abdullaoğlu, qiraətçi Xəzər Süleymanlı, fotoqraf Vaqif Cabbarov, filosof Mail Yaqub, təlimçi Arzu Paşazadə, eləcə də digər tanınmışlarla görüş imkanı əldə edəcəklər.
Giriş pulsuzdur.

Digər xəbərlər

