ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
İradə Əlili Tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldı

ƏDƏBİYYAT
28.06.2023, 00:40 Oxunub: 5489Bu günlərdə Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Rəsul Rza" mükafatı laureatı, Prezident təqaüdçüsü jurnalist, fəal ictimaiyyətçi İradə Əlili Ali Attestasiya Komissiyasının qərarı ilə Tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
1001info.az 525.az-a istinadən xəbər verir ki, İradə Əlili 20-dən çox kitabın, 40-dan çox tezis və məqalənin müəllifidir.
Onun müəllifi olduğu "Xocalı şahidlər danışır" kitabı artıq 11 dilə tərcümə edilib, bir sıra digər dillərə də tərcümə olunması nəzərdə tutulub. "Laçın həsrətim" adlı kitabı 4 dildə, Zəngilan rayonundan bəhs edən "Bir damla göz yaşında torpaq həsrəti" 3 dildə, " "Zəfər yolu" 3 dildə işıq üzü görüb.
İ.Əlili, həmçinin qardaş Türkiyənin şəhidlərinə də kitab həsr edib. İzmirin Aliağa ilçesinin qəhrəmanı, şəhid Oğuz Özgür Çevikə həsr edilmiş kitabın keçən il Aliağada təqdimatı olub.
Xanım yazar hər zaman şəhid ailələrinin və qazilərin yanında olur, onlara öz dəstəyini göstərir.
İradə Əlili eyni zamanda Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.

Digər xəbərlər

