ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Kino ittifaqlarının Azərbaycan filminə heç bir töhfəsi yoxdur...

MƏDƏNİYYƏT
26.12.2022, 19:12 Oxunub: 21771001info.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) katibi Ayaz Salayev deyib.
O bildirib ki, kinomuz pis vəziyyətdədir: “Bu, ortadadır və kino ittifaqlarının Azərbaycan kinosuna heç bir faydası yoxdur. İttifaqların birləşməsi fikri də tez-tez səslənir. Belə bir şey olarsa, mən üzvlükdən imtina edəcəyəm".
Kinoşünas Qarabağ mövzusunda çəkilən filmlərdən də danışıb: "Azərbaycanın 30 il ərzində Qarabağ mövzusuna həsr elədiyi filmləri Ermənistanın çəkdiyi filmlərdən qat-qat güclü və səmimidir. Deyə bilmərik ki, bu filmlər şah əsərdir, yox, amma onlardan daha demokratik və daha səmimidir. Bizim filmlərdə pasifist yanaşma da var, vətənpərvər yanaşma da. Yəni istər yanaşma baxımından, istər mövzu, istərsə də digər yönlərdə bizim filmlərimiz daha yaxşıdır".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev mətbuata açıqlamasında Azərbaycanda iki kino ittifaqına ehtiyac olmadığını bildirmiş, onların birləşdirilməsini təklif etmişdi.

Digər xəbərlər

