usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 21°C 1.61 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Mərhum şair Şöhlət Əfşarın doğum günüdür

details

ƏDƏBİYYAT

03.03.2023, 15:24 Oxunub: 3201

Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, mərhum şair Şöhlət Əfşarın doğum günüdür. Şairin rəsmi facebook  səhifəsində oğlu Şəmsi Axundov kövrək notlar üzərindəki paylaşımı dıqqət çəkib…


“Heç sevməzdin doğum günü məsələlərin! Deyirdin insan qocalır və buna sevinir! Məntiqsiz görürdün bunu. Amma yenə də evdə süfrə başına yığışmaq ən azından zövq verirdi sənə də, bizə də. İndi doğum günündə nə yığışası bir süfrə, nə də Sən varsan! Ən yaxşı rahatçılıq qəbrini ziyarət oldu… Ruhun qarşısında baş əyirəm, Atam!”
(Şəmsi Axundov)


 Xatırladaq ki Şöhlət Əfşar (Axundov Şöhlət Əşrəf oğlu) 1949-cu ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olub.
“Sükutdan asılmışam”, “Dodaqdan könüllərə”, “Bu dünyanın havasına oynama” və başqa kitabların müəllifidir. Dövri mətbuatda mütəmadi olaraq çıxış edib.
Dünya Avşarlar Dərnəyinin Azərbaycan təmsilçisi idi.
1001info.az olaraq dəyərli söz ustadı unudulmaz şair Şöhlət Əfşarı hörmətlə anırıq.


Allah rəhmət eləsin.
 

Digər xəbərlər