ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
O gülüşünə belə paxıllıq etdilər
İçinə axan göz yaşlarına belə... - Məlahət İsmayılqızı yazır

ƏDƏBİYYAT
10.05.2023, 14:20 Oxunub: 2633
1001info.az "Günün şeiri" rubrikasında AYB- nin və AJB-nin üzvü, şair-publisist Məlahət İsmayılqızının yaradıcılığına yer ayırıb.
GÜLƏ - GÜLƏ...
Səni məhəbbət adlı
yolayrıcında gözləyən,
Yaman, yaman çox gözlədi...
Bu gün belə gözləyir,
Sənsə bir yaramaz,
nadan qolunda
Yanından ötüb keçdin Onun...
Yanaşı getdiyinin kim olduğunu
Bilə-- bilə!
Gülə- gülə getdin...
Gülə- gülə...
İçin qan ağlıyarkən
Üzün güldü...
O gülüşünə belə paxıllıq etdilər
İçinə axan göz yaşlarına belə
Sevindilər...
Hər şeyi bilə- bilə,
Səni satdılar,
Gülə- gülə “dostum” dedilər,
Gülə- gülə getdin
bu həyatın üstünə...
Və ... üç nöqtə,
Gözləyən nə yaman,
Nə yaman çox gözlədin...
Bir Ömür boyu dedin...
Bir ömür beləcə getdi,
Bir ömür beləcə
Bitdi...
Yenədəmi ...
Gülə- Gülə ...
Məlahət İsmayılqızı “İtburnu gülü” 23. 06. 21

Digər xəbərlər

