usd-1.7000 eur-1.8205 rub-0.0184
Bakı 16°C 3.18 m/s
Son xəbərlər
24-04-2024
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qadınları seksual obyekt kimi göstərmək...- Sevda Sultanova yazır

details

ŞOU

23.12.2022, 18:09 Oxunub: 1780

 

1001info.az Kulis.az-a istinadən  Sevda Sultanovanın yazısını təqdim edir.
“Bu şəhərdə” prodakşnın 2019-cu ildə istehsal etdiyi “Şabaş” komediya filmi bugünlərdə Yutub kanalında yayımlanıb, xeyli baxış sayı yığıb və müəyyən müzakirələr doğurub.
Film (rejissoru Mahir Rəhimov, ssenaristi Müşfiq Abbasovdur) daha çox sketç estetikasındadır, ssenari ekrana bəsit şəkildə köçürülüb, ona görə “rejissor həlli” deyilən şey olmadığından, sadəcə, məzmunla bağlı bəzi fikirlərimi bölüşəcəm.
Dəfələrlə “Bu şəhərdə” fəaliyyəti, xüsusən, oynadıqları qadın obrazlarına, qadın qiyafətləri geyindiklərinə və bunun üzərindən populyarlıq qazandığına görə tənqid olunub.

Səslənən tənqidlər arqument sayıla bilməz. Çünki “Bu şəhərdə”nin konkret formatı var, iki aktyorun üzərində qurulduğundan, kişilərlə yanaşı qadın, uşaq, cinsi azlıqları oynamaları təbiidir. Onların yaradıcılığı ancaq kişi personajlarına hesablansaydı, onda biz maraqsız, birrəngli patriarxal dünyanın tamaşaçısı olardıq. Ayrıca, Rafael İsgəndərov və Coşğun Rəhimov peşəkar aktyorlardır, Hüseynağa Atakişiyev məktəbinin yetirmələridir.
Tənqidin səhnə quruluşu, ssenarilərin bədii keyfiyyəti, obrazları peşəkarlıqla oynanılıb-oynanılması ilə bağlı olması daha məntiqidir. “Bu şəhərdə”nin daimi izləyicisi olmasam da, konsertlərinin çoxuna baxmışam, səhnələr arasında bədii cəhətdən zəifi və uğurlusu var, orijinal obraz və mövzularla yanaşı zamanla təkrarlara yol verilir, məişət məsələləri ilə yanaşı sosial-ictimai mövzular da işlənir. Misalçün, Ata Abdullayevin özünün də yer aldığı səhnə “Bu şəhərdə”nin peşəkar işlərindən biridir və həmin parçada Ata Abdullayevin kimliyinin mahiyyəti dəqiq açılır.
Hərçənd, düşünürəm ki, “Bu şəhərdə” bədii filmlərdə ("Moskva-Bakı qatarı", "Ci-Mi") özünü yaradıcı mənada doğrulda bilməyib, yəni kinoda səhnədəki keyfiyyət alınmayıb. Bu uğursuzluq, hər şeydən əvvəl, kinematoqrafik düşüncədən uzaq ssenari, rejissor faktoruyla əlaqəlidir. Həmçinin, “Şabaş” komediyası alınmayan işlərdəndir. Süjetin, Billi Uaylderin, dünya kinosunun kult filmlərindən sayılan “Cazda yalnız qızlardır” (1959) bədii filmindən təsirləndiyi aşkardır. Amerikada spirtli içkiyə qadağa qoyulan dövrə təsadüf edən əhvalatın qəhrəmanları-iki kişi musiqiçi, onları təqib edən qanqsterlərdən yaxa qurtarmaq üçün qadın obrazına girərək, qadınlardan ibarət caz orkestrinə qoşulurlar. “Cazda yalnız qızlardır” filmində hadisə kriminal motivdən qaynaqlanır. “Şabaş” isə (yeri gəlmişkən, burda “Cazda yalnız qızlardır” filminə göndərmə var) Azərbaycan reallığına uyğunlaşdırılmış sosial komediyadır.
Restoran ansamblında iki ifaçı Samir (Coşqun Rəhimov) və Vüsal (Rafael İsgəndərov) haqlarının tapdanmasına etiraz etdiklərinə görə qovulur və maddi krizsidən çıxmaq məqsədilə qadın paltarı geyinərək qadın toylarında çıxış edirlər.
Hadisələrin sonrakı gedişatında restoran sahibləri Canpolad (Sərvər Əliyev), Daşdəmir (Teymur Məmmədov) qəhrəmanlarla məşuqələri qismində görüşürlər və hekayə onların qarşılaşdıqları vəziyyətlər üzərində qurulur.
Süjetdə əsasən bir neçə məqama diqqət çəkəcəm.
Bunlardan birincisi, ssenaristin qadın cinsinə seksist münasibətidir. Müşfiq Abbasovun mövqeyini ona görə vurğulayıram ki, xüsusən, kommersiya filmlərində ssenaristin mövqeyi əsasdır, rejissorun pozisiyası arxa plana keçir və titrlərdə də “Müşfiq Abbasovun Şabaş filmi” vurğulanması təsadüfi deyil. Üstəlik, yuxarıda dediyim kimi, “Şabaş” ssenarinin daha çox üzdən köçürülməsidir.
İstər kommersiya, istər müəllif filmlərimizdə qadın obrazları eyni cizgilərlə, eyni baxış bucağından təsvir olunur. Qadın deyingəndir, pulgirdir, tamahkardır, ər işsiz qalanda onu ittiham edəndir və s. M.Abbasov qəhrəmanların arvadlarının xarakterində (Hüsniyyə Əhmədova, Simuzər Ağakişiyeva) yenə bu klişe cəhətləri qabardır, qəhrəmanların qadın qiyafətlərini geyinmə məcburiyyətinə, digər hərəkətverici detal tapa bilmədiyindən, qadını hədəf göstərir, problemin ondan qaynaqlandığını göstərir. Halbuki, pulgirliyin, tamahkarlığın cinsi təyinatı yoxdur, bu insan xislətidir. Demək istədiyim odur ki, kinomuzda analoji qadın obrazların və analoji situasiyaların çoxdan yeni cizgilərə, redaktələrə ehtiyacı yaranıb. Və bir kişinin sosial probleminin, çətinliyinin, onu hansısa məcburi hərəkətlərə vadar edilməsinin mənbəyini məhz arvadına bağlamaq köhnəlmiş fənd kimi görünür, yəni motiv fərqli, orijinal, digər həyati səbəblərlə əvəzlənməlidir.
Başqa bir məsələ, müəllifin kişinin qadın qiyafəti geyinməsinə həqarətli intonasiyasının duyulmasıdır. Final səhnəsində qəhrəmanların restoran sahiblərini cəzalandıraraq, onları qadın qiyafətində toylara göndərməsini və bu səhnənin xüsusi vurğulanmasını nəzərdə tuturam. Digər epziodda, uşaq “atam kişidir, söz verdisə, yerinə yetirəcək” deyəndə, Samirin təsəvvüründə özünün qadın obrazında canlanması da həmçinin. Kişinin alçalma səbəbi kimi məhz qadın qiyafəti geyməsini göstərməkdənsə, bu vəziyyəti kişinin üzündəki çarəsiz, məyus ifadəylə həll etmək daha etik və kinematorqrafik idi. Başa düşürəm ki, cəmiyyətimizdə patriarxal düşüncə ağır basır və kişilər qadın qiyafəti geyməsini özünə təhqir bilir. Ancaq kino yalnız gerçəkliyin əksi deyil, həm də müəllifin öz gerçəkliyini gətirməsi, zamanı qabaqlaya bilməsidir. Və burda hədəf qadın yox, sosial problemləri törədən səbəblər olmalıdır.
Müşfiq Abbasov təcrübəli, istedadlı ssenaristdir, böyük auditoriyaya və ona təsir imkanlarına malik “Bu şəhərdə”nin müəlliflərindən biri kimi cəmiyyəti, onun problemlərini, vəziyyətini, xarakterləri daha dərindən araşdırması, doğru mesajlar ötürməsi vacibdir.
Filmdə doğru vurğulanan məqamlar da vardı (yenə xatrıladım ki, onların bədii həllindən danışmıram) kişilərin əlindəki hakimiyyətdən istifadə edərək qadını seksual obyekt kimi görməsi, bununla ziddiyyətdə olan başqa bir şey-qadının da öz cinsi üstünlüyündən istifadə edərək başqalarının haqqına girməsi. Məsələn, məşuqələrinə pul xərcləyən restoran sahibləri qəssabın, musiqiçilərin borcunu ödəmir.
Əlbəttə ki, cəmiyyətdə köklü sosial dəyişikliklər olsa, qadınların iqtisadi azadlığı təmin edilsə bu, komedyaların məzmununa da təsir göstərəcək. Bütün hallarda dediyim kimi, film hətta kommersiya yönümlüdürsə, müəlliflər müəyyən mənada zamanı qabaqlamağı bacarmalı, gerçəkliyi başqa tərəfdən göstərməlidirlər.

Sevda Sultanova
 

Digər xəbərlər