usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 19°C 1.41 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qəhvə insan orqanizmində cavanlaşdırıcı təsirə malikdir

details

MARAQLI

15.03.2023, 17:07 Oxunub: 1825


Qəhvə insan orqanizmində cavanlaşdırıcı təsirə malikdir. Bunu rusiyalı həkim-dermatoloq və kosmetoloq Stanislav Arkannikov açıqlayıb. Həkim eyni zamanda qeyd edib ki, qəhvənin cavanlaşdırıcı təsiri onun tərkibindəki orqanizm üçün faydalı və zəruri olan kofein, vitaminlər, minerallar, linol turşusu və antioksidantlara görə baş verir.
525.az tibbi saytlara istinadla bildirir ki, insan orqanizmində neqativ ətraf mühitdən, səhv qidalanmadan, əsəb və stresdən əmələ gələn sərbəst radikallar olan kimyəvi birləşmələri zərərsizləşdirən antioksidantlar içkinin cavanlaşdırıcı təsirini özündə ehtiva edir.
“Xaricdən aldığımız bütün sərbəst radikallar orqanizmdə qocalma proseslərini sürətləndirir. Kofein isə limfa sistemini stimullaşdırır. Əgər insan qəhvəni gündə lazımi qədər içərsə, üz və bütün bədən şişkinliklərindən qoruna bilər”,- deyə S.Arkannikov bildirib.
Həkimin sözlərinə görə, qəhvə həm də yağ vəzlərini normallaşdırır, bu da sızanaq, tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasının qarşısını alır. Qəhvəni gündə 2 və ya 3 fincan içmək tövsiyə edilir. Həddindən artıq qəhvə istifadə etmək isə arzuolunmazdır.

Digər xəbərlər