ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Şair-publisist İradə Əlilinin doğum günüdür
jpg-1681994901.jpg)
ƏDƏBİYYAT
20.04.2023, 16:40 Oxunub: 2378
Bu gün Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Rəsul Rza" mükafatı laureatı, Prezident təqaüdçüsü İradə Əlilinin doğum günüdür. İradə xanım çox gözəl şeirlər yazmaqla bərabər Qarabağ mövzusunda sanballı kitablar müəllifidir.
1001info.az olaraq dəyərli şair-publisist İradə xanımı ad günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, səadət dolu ömür və gələcək işlərində uğurlar arzulayırıq.
“Günün şeiri” rubrikasında İradə xanımın sevilən şeirlərindən birini təqdim edirik.
GƏRƏK ÖYRƏTMƏZDİN...
Saçım əllərinin tumarın istər,
Gözüm gözlərinin odlu mehrini.
Əlim ovucunda isinmək istər,
Sözüm sözlərinin şirin sehrini.
Həsrət qalırdımsa ayaq izinə,
Gərək öyrətməzdin məni özünə!
Qəlbimin atəşi səni arayır,
Baxışım tək sənə ünvanlanıbdı.
Gözlərim hər yerdə səni axtarır,
Könlüm sevgin ilə damğalanıbdı.
Ürəyim dözməyir sənsizliyimə,
Gərək öyrətməzdin məni özünə!
Doğulan hisslərim, şux duyğum oldun,
Sinəmdə ürək də sözümə baxmır.
İstəyirəm səndən hey uzaqlaşım,
O şəhla gözlərin məni buraxmır.
Sənin məhəbbətin, sevgin xəzinə,
Gərək öyrətməzdin məni özünə!
Yaralı ov kimi çırpınan könlüm
Elə fəryad edər, sızlar səninçün.
İlqarına sadiq gözümün yaşı
Axır, dayanmayır hər gecə, hər gün.
Gözlərim həsrətlə baxır gözünə,
Gərək öyrətməzdin məni özünə!

Digər xəbərlər

