usd-1.7000 eur-1.7604 rub-1.7617
Bakı 6°C 0.14 m/s
Son xəbərlər
12-02-2025
11-02-2025
05-02-2025
30-01-2025
28-01-2025
24-01-2025
23-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Sən də dünya kimi yalan yaşımsan...

details

ƏDƏBİYYAT

11.01.2025, 10:49 Oxunub: 575

1001info.az "Günün şeiri" rubrikasında Firuzə Məmmədlinin "Yalan yaşımsan" şeirini təqdim edir.

 

   Yalan yaşımsan

 

Gözümdən işığı, dilimdən sözü,

Ömrümdən illəri alan yaşımsan.

Neynim ki, canımı, heyimi üzüb,

Fikrimdə, zikrimdə talan yaşımsan?!

 

Səndə nələr gördüm, özün bilirsən,

Çəkdiyim nə varsa, dözüm bilirsən.

Dünyanın hər sirrin, sözün bilirsən,

Deyən, anam yaşım, balam yaşımsan.

 

Qaldım saya-saya daş ümidləri,

Sərsəm ümidləri, çaş ümidləri.

Əvvəldən biləydim, kaş ümidlərin

Elə sonucuna qalan yaşımsan.

 

Ölüb-dirilsək də biz bu yolboyu,

Neçə il yaşadıq sənlə qolboyun.

Çox da qürurlanma - Tanrı bol qoyub,

Sən də dünya kimi yalan yaşımsan.

 

2024

Digər xəbərlər