ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Sinəmdən arxalı qışı qovuram...Dünyanın baharı bahar olunca... - İnqilab İSAQ

ƏDƏBİYYAT
18.03.2023, 17:31 Oxunub: 19381001info.az "Günün şeiri" rubrikasında İnqilab İsaqın yaradıcılığına yer ayırıb.
Dünyanın baharı
Puçurla, çiçəklə döyülür qapım,
Havada küləkli yaz ismarışı.
Torpaq da uşaqtək elə öyünür,
Canında qalmayıb bir çimdik acı.
Qupquru ümiddə canı yanğılı,
Çarəmi axtarır çiçək açmağa?
Soyuq söz demək də gəlmir əlimdən,
Harda qanadlanım, könül, uçmağa?
Tikan gül üstündə xəcalət çəkir,
Bilmir bədniyyəti gizləsin, necə?
Bir arx qırağında çərləyən söyüd,
Yolları həsrətdə gözləsin, necə?
Xəyalın ağlına gör nələr gəlir,
Telinə bənövşə düzən qıza bax.
Utancaq istəklər sözdə közərir,
Xəbəri taybatay qapımıza bax.
Belə çal-çağırda de, kim darıxar?
Göylərə baxıram, gözüm doyunca.
Sinəmdən arxalı qışı qovuram,
Dünyanın baharı bahar olunca...

Digər xəbərlər

