usd-1.7000 eur-1.8227 rub-0.0185
Bakı 17°C 3.87 m/s
Son xəbərlər
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Tural Rzayevin fərdi sərgisi açılıb

details

MƏDƏNİYYƏT

18.03.2023, 17:12 Oxunub: 1540

Rəssamlar İttifaqında Tural Rzayevin fərdi sərgisi açılıb
Martın 17-də Rəssamlar İttifaqında  Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, yazıçı, rəssam Tural Rzayevin fərdi sərgisinin açılışı olub.

525.az xəbər verir ki, açılış mərasimində mədəniyyət xadimləri, rəssamlar və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Tural Rzayevin bir-birindən gözəl rəsm əsərləri yaratdığını və bu əsərlərin hər birinin özünəməxsus məna kəsb etdiyini vurğulayıb.
Daha sonra F.Xəlilov Tural Rzayevə Rəssamlar İttifaqının üzvlük vəsiqəsini təqdim edib.
Tədbirdə çıxış edən Xalq yazıçısı, akademik Kamal Abdulla, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov T.Rzayevin çoxşaxəli fəaliyyəti, yaradıcılığı haqqında ətraflı danışıblar.
T.Rzayev isə çıxışında rəsmlərinin yaranma tarixindən söz açaraq bildirib ki, bu sərgidə onun uzunmüddətli əməyinin bəhrələri nümayiş olunur: "Hamını salamlayıram, bayramınızı təbrik edirəm. İlk növbədə sərginin təşkilinə görə Rəssamlar İttifaqına, şəxsən Fərhad Xəlilova təşəkkürümü bildirmək istəyirəm. Mən birinci dəfə əsərlərimi Fərhad müəllimə təqdim edəndə onların peşəkar rəssam gözü ilə necə göründüyünü bilmək istəyirdim. Ancaq o, əsərləri görəndən sonra mənə təklif etdi ki, bunların sərgisini keçirək. Düzü, müxtəlif səbəblərdən sərgini reallaşdırmaq xeyli vaxt aldı. Deməli, qismət bu günə imiş. Əslində, mənim uşaqlıq illərindən rəsmə həvəsim vardı. Yadımdadır, hələ yeddi yaşım olanda valideynlərim evimizdə bir sərgi təşkil etmişdilər. Həmin hadisənin üstündən qırx il keçəndən sonra bir gün həyat yoldaşım mənə molbert və boyalar hədiyyə etdi. Bu hədiyyədən sonra isə davamlı çəkməyə başladım. Təşkil olunan bu sərgidəki rəsmlər on illik fəaliyyətin məhsuludur".
Daha sonra qonaqlar sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar.
Bizimlə söhbətində Tural Rzayev sərgidəki rəsmləri bir-birindən hansısa xüsusi cəhətinə görə fərqləndirmədiyini bildirib: “Düzü, buradakı əsərlərdən hansınısa xüsüsi fərqləndirdiyimi deyə bilmərəm. Çünki tablo burdan asılıbsa, deməli, zəhmət çəkmişəm, əməyim var və bu rəsmin burada nümayiş olunmağını rəva bilmişəm (Divardakı rəsmlərdən birini göstərir). Məsələn, bu, yeganə əsərimdir ki, akvarellə çəkilib, qalan hamısı yağlı boyadır. O tərəfdə də bir balaca əsərim var - dəniz, ləpələr... İlk dəfə onu çəkmişəm. Ancaq nəyə görəsə birini az, digərini nisbətən çox sevdiyimi deyə bilmərəm”.
Soyuq məntiq tələb edən diplomatiya ilə hərarətli yaradıcı yanaşma istəyən yazıçılıq və rəssamlıq arasında tarazlığı necə qoruyub saxladığı barədə isə T.Rzayev deyib: “Məmur, diplomat olaraq ciddiyyəti, işgüzar təmkini qoruyur, işimə onun mahiyyətinə uyğun münasibət bəsləyirəm. Ancaq boş vaxtlarımda, işdən sonra fikirlərimin, duyğularımın ifadəsi üçün sənətin, yaradıcılığın meyarlarından çıxış edirəm. Hekayələr yazmışam, üç kitab müəllifiyəm. Daha sonra rəsmə olan həvəsim artdı. Duyğularımı, hisslərimi boyalar vasitəsilə əks etdirməyə başladım. Nəticə olaraq belə bir sərgi ərsəyə gəldi”.

Digər xəbərlər