usd-1.7000 eur-1.8409 rub-0.0183
Bakı 8°C 2.39 m/s
Son xəbərlər
28-03-2024
26-03-2024
23-03-2024
22-03-2024
19-03-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Türkiyə seriallarının yayım tarixi bilindi

details

ŞOU

07.09.2022, 15:28 Oxunub: 1955

Sezon finalından qayıdan Türkiyə seriallarının yayım tarixi

Bu yaxınlarda həm ekrana gələcək, həm də davam edəcək türk serialların yayım tarixi məlum olub.  
Bu ilin sentyabr ayında hansı seriallara baxa biləcəksiniz?

1001info.az bizim media-ya istinadən xəbər verir ki, sayt mövsümə yeni başlayacaq və təzə bölümləri ilə ekranlara qayıdan serialların siyahısını sizə təqdim edir:

"Kusursuz kiracı" - Dilan Çiçek Deniz, Bennu Yıldırımlar, Melisa Döngel kimi məşhur simaların yer aldığı yeni serialda qorxunc cinayət törədən Mona adlı qızın başına gələnləri, həyəcanlı ssenarini Fox.tv-nin ekranlarına gətirilir. 

"O kız" - Kanal D-də yayımlanacaq və Erkan Petekkaya, Sezin Akbaşoğulları kimi oyunçuların iştirak etdiyi yeni serialda Sitare adlı bacarıqlı, sərt iş qadınından və 45 yaşı olmasına baxmayaraq özünü 5 yaşındaymış kimi hiss edən Kadirin həyatını ekranlaşdırılıb. 

"Ben bu cihana sığmazam" -  Tezliklə ATV kanalında yayımlanacaq serialın baş rollarını Oktay Kaynarca və Pelin Akil paylaşacaq. Serial Cezayir və həkim Firuzenin sevgi hekayəsini mafiya mövzusu ilə birləşdirəcək. 

"Çöp Adam" - Bu ilin oktyabr ayında Star TV-də yayımlanacaq serialın baş rol ifaçısı məşhur aktyor Uraz Kaygılaroğludur. Qəribə bir sevgi hekayəsi yaşayan bir kişinin yaşadıqları ekrana gətiriləcək. 

"Kızılcık Şerbeti" - Show Tv-nin ekranlarına gətiriləcək yeni serialın mövzusu həmişə olduğu kimi iki ailənin bir-birini sevən gənclərin evlənməsinə mane olmalarından söhbət gedir. Serialda baş rol ifaçıları Barış Kılıç, Evrim Alasya və Sıla Türkoğlu kimi məşhur simalardır.

"Benim adım Farah" - Fox Tv-də yayımlanacaq yeni serialda oğlunun əməliyyat pulunu yığmaq üçün mafiyanın təmizlikçisi olan həkim qadının həyatını məşhur aktrisa Aslı Enver canlandıracaq. O, həm də yeni ekranlara gələcək "Arayış" serialında da Mehmet Günsür ilə birlikdə yer alacaq. 

"Selma" - TRT1 kanalında bu ay yayımlanacaq yeni serialda baş rolları Zeynep Çamcı və Olgun Toker oynayacaq. Serialın romantik komediya janrında olacaq. 

"Tuzak" - TV8 kanalının yüksək büdcəli serialının oyunçuları Talat Bulut, Akın Akınözü ilə birlikdə Sıla Türkoğlu və Hazal Filiz Küçükkösedir. Serial bu ay ekranlara gələcək. 

"Benim Mutlu Ailem" - tezliklə ATV kanalının ekranlarına gələcək yeni serialın baş rol ifaçıları Vahide Perçin ve Mustafa Uğurlu olacaq. Serial töcrübəli və tərs hakimin həyatından bəhs edəcək. Valide Perçin həmçinin, A tv kanalında yayımlanacaq "Aldatmak" serialında da baş rolu üstlənəcək. 

"Kral kaybederse" - Beren Saat və Kıvanç Tatlıtuğun rol aldığı yeni serial tezliklə Star Tv-də yayımlanacaq. Burada da mövzu sevgi və maraqlı həyat hekayələridir. 

Bundan başqa, "Teşkilat" - Türkiyəli aktyor Murad Yıldırımın da qatıldığı serial yaxın günlərdə tamaşaçıları ekrana bağlayacaq.

Fox TV kanalında yeni sezona başlayacaq seriallar arasında "Yasak elma", "Mahkum", "Tozluyaka", "İyilik" ekran işləri də var. 
 

Digər xəbərlər