usd-1.7000 eur-1.9087 rub-2.0606
Bakı 17°C 6.95 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Türkiyəli məşhurlardan AZƏRBAYCANA BAŞSAĞLIĞI 

details

ŞOU

14.09.2022, 13:51 Oxunub: 2610

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Düşmən qüvvələrinin diversiya qrupları qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. 

BAKU.WS xəbər verir ki, yaranan vəziyyətin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Bir çox yerli məşhurlar həlak olan hərbçilərimizin foto və videolarını paylaşaraq ailələrinə və yaxınlarına başsağlığı verib. Şəhidlərimizə başsağlığı verənlər arasında türkiyəli tanınmışlar da yer alıblar. Onlar bununla bağlı sosial şəbəkə hesablarında paylaşımlar ediblər.

Musavat.com türkiyəli tanınmışların sözügedən paylaşımlarını təqdim edir:

Türkiyəli müğənni Hadise 

"Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Azərbaycana başsağlığı verirəm".

Türkiyəli müğənni Demet Akalın

"Azərbaycan. 50 şəhid. Başınız sağ olsun".

Türkiyəli müğənni Özcan Deniz

"Can Azərbaycan, başın sağ olsun. Kədərini paylaşırıq və şəhidlərimizə rəhmət, Azərbaycan xalqına səbir diləyirik".

Türkiyəli aktyor Şahan Gökbakar bayrağımızın fotosunu ürək emojisi ilə paylaşaraq Azərbaycana dəstəyini ifadə edib.

Türkiyəli aktyor Mert Öcal

"Başınız sağ olsun, Azərbaycan" 

Türkiyəli müğənni və aparıcı Oğuzhan Uğur da aktyor Şahan Gökbakar kimi bayrağımızı paylaşaraq ölkəmizə dəstək olub.

Digər xəbərlər