ŞƏHİDLƏR -Qazilər

"Qarabağın açarını gətirəcəyəm"... - Kamalə ABİYEVA yazır
Qarabağın açarını gətirəcəyəm İlqar Elçin oğlu İbrahimov 2002-ci il iyun ayının 25-də Astara rayonunun Təxtənəkəran kəndində ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Vegetarianlar B12 vitaminin əskikliyindən ciddi şəkildə əziyyət çəkirlər ... - qida mütəxəssisi Məhsəti Hüseynova
jpg-1681739112.jpg)
MARAQLI
17.04.2023, 17:41 Oxunub: 2684Vegetarianlıq: vasvasılıq, yoxsa həyat tərzi?
"Vegan" sözü latın dilində "sağlam", "möhkəm", "gümrah" anlamını verir. "Vegetarian" sözü isə "sağlam həyat" mənasını bildirir. Vegetarianlıq təkcə ət məhsullarından imtina etmək deyil, ədalət və yaşatmaq fəlsəfəsidir. Bu həyat tərzinin təbliğini əsasən buddizm, hinduizm və xristianlıq dinlərində görə bilərik. Bu məzhəblərin daşıyıcıları başqa canlıları öldürüb qidalanaraq yaşamağı düzgün hesab etmirlər.
Çoxsaylı tədqiqatlardan sonra amerikalı alimlər bu qənaətə gəliblər ki, vegetarian pəhrizinə riayət edən insanlar genetik mutasiyaya məruz qalırlar, nəticə etibarilə xərçəng və ürək-damar sistemi xəstəliklərinə yaxalanma riski artır. ABŞ-ın Kornel Universitetinin tədqiqatçıları vegetarianlıq və veqanizmə riayət edənlərlə ət məhsullarından istifadəyə üstünlük verən insanların genomlarının müqayisəsini apardıqda əhəmiyyətli fərqlərlə rastlaşıblar.
Vegetarian həyat tərzi ilə bağlı suallarımızı cavablandıran Qida Təhlükəsizliyi Hətəkatının rəhbəri, qida mütəxəssisi Məhsəti Hüseynova orqanizmin sağlamlığı üçün hər bir insanın gün ərzində 40-dan 70-ə qədər makro və mikro elementlər qəbul etməli olduğunu bildirib: "İnsan həm ət, həm ot yeyən canlılar qrupuna daxildir. Ona görə də insanın bütün daxili orqanlarının gündəlik enerjili olması üçün nəzərdə tutulan hər bir qidaya ehtiyac duyulur. Orqanizmin sağlamlığı üçün gün ərzində 40-dan 70-yə qədər makro və mikro elementlər qəbul etmək lazımdır. Bunlar həm ətin, həm də bitki mənşəli qidaların tərkibində mövcuddur. Bir insan ömrünün 8 yaşına qədər hər hansı qida ilə qidalanıbsa və sonradan onlardan imtina edirsə, bu mütləq öz mənfi təsirini göstərir. Mütləq şəkildə hər insan ömrünün ilk çağında qəbul etdiyi qidaları ömrünün sonuna qədər az da olsa qəbul etməlidir. Vegetarianlar B12 vitaminin əskikliyindən ciddi şəkildə əziyyət çəkirlər ki, bu da birinci növbədə qan azlığına gətirib çıxarır və orqanizmin inkişafda geriliyə səbəb olur. Vegetarian olan insanların görmə qabiliyyətində də problemlər yarana bilər. Heyvan mənşəli qidalar qəbul etmədikcə görmə qabiliyyəti zəifləyir və gələcəkdə göz xəstəliklərinin yaranma riskini artırır".
Dietoloq Ceyhunə Yusifova yemək seçimindən danışıb: "İnsanlar iki qismə bölünür: vegetarianlar və vegetarian olmayanlar. Vegetarianlar qida qəbulunun tərkibində ət olmayan ərzaq sinfi ilə məhdudlaşdıranlardır. Qeyri-vegetarianlar isə həm vegetarian yeməklərini, həm də toyuq, ət kimi qeyri-tərəvəz qidalarını qəbul edirlər. Yemək seçimi hər kəsin öz baxışlarından və prioritetlərindən asılıdır. Hansının daha yaxşı olduğuna qərar vermək çətindir. Vegetarianlıqdan danışsaq, bunun həm müsbət, həm də mənfi təsirləri var. Müsbət təsirləri odur ki, vegetarianlar daha çox bitki qidalarına üstünlük verdiklərindən, bu qidalar vitaminlər, minerallar və zülallarla zəngin olur. Bu baxımdan vegeterianların diabet olmaq ehtimalı digərləri ilə müqayisədə azdır. Bunun bir səbəbi də onların daha az doymuş yağlar və xolesterol istehlak etmələridir. Bunun əvəzində isə onların orqanizmi daha yüksək miqdarda kompleks karbohidratlar, pəhriz lifi və bəzi xüsusi minerallar, yaxud fitokimyəvi maddələrlə yüklənir. Vegetarianlığın bir çox müsbət təsiri olsa da, bilinməlidir ki, bütün vegetarian qidalarında qeyri-tərəvəz qidaları kimi eyni miqdarda protein yoxdur. Ona görə də vegetarianlar orqanizmin ehtiyac duyduğu vacib miqdarda proteini itirə bilərlər. Bu mineral isə əzələ toxumasını saxlamağa kömək edir, eyni zamanda qan hüceyrələrinin və digər antikorların, hormonların və fermentlərin istehsalına cavabdehlik daşıyır. Vegetarianlar qeyri-vegetarianlarla müqayisədə daha çox vitamin və mineral çatışmazlığından əziyyət çəkirlər. Onlar ət məhsullardan imtina etməklə həm də insan orqanizmi üçün vacib minerallardan - B12 vitamini, kalsium, dəmir və sinkdən məhrum olurlar, nəticədə əksər vegetarianların sümük mineral sıxlığı daha aşağı olur".
Yunan filosofu Sokrat deyirdi ki, heyvanları yemək arzumuz davam etdiyi halda xoşbəxt olmaq, ədalətli toplum yaratmaq haqqında necə düşünə bilərik? Pifaqor hesab edirdi ki, insan digər canlıları məhv etdikcə, sülh nədir bilməyəcək. Eynşteyn isə fikrini belə əsaslandırırdı: "Mənə elə gəlir ki, insan ət yemək üçün doğulmayıb".
O da danılmaz faktdır ki, ət və süd sənayesinin ətraf mühitə vurduğu ziyanın miqyası olduqca genişdir. Dünyada istifadəyə yararlı torpaqların yarıdan çoxundan ət sənayesinin əsasını təşkil edən heyvanların qidası üçün istifadə olunur ki, bu həddindən artıq böyük rəqəmdir. Bundan əlavə, bu gün heyvanlara verilən hormonal dərmanlar, antibiotiklər, kimyəvi qidalar ətin tərkibinin dəyişməsinə səbəb olur, nəticədə xərçəng xəstəliyinin yaranmasına yol açır.
Bəs vegetarianların özləri necə düşünürlər? Bu məqsədlə onlarla həmsöhbət olmaq qərarına gəldim.

Digər xəbərlər


