usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 17°C 10.25 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

21-Cİ ƏSRİN 20 İLİ... - Geriyə baxdıqca

details

GÜNDƏM

13.10.2023, 11:01 Oxunub: 2000

12 oktyabr  Zati-Aliləri cənab İlham Əliyevin ən yüksək dövlət kürsüsünə gəldiyi gündən 20 il ötür.

2003-cü ilin oktyabrında əksər səs çoxluğu ilə Prezident seçilən İlham Əliyev dövlət quruculuğunun hər bir sahəsində xalqımızın etimadını doğrultdu.:

-Ölkə iqtisadiyyatı böyük sürətlə inkişaf etdi;

-Azərbaycan dünya miqyasında idman ölkəsinə çevrilərək 2015-ci ildə 1-ci Avropa, 2017-ci ildə isə "4-cü İslam Həmrəylik Oyunları"na sahiblik etdi;

-Prezident İlham Əliyevin uğurla həyata keçirilən xarici siyasətin nəticəsində ölkəmiz bölgədə nüfuzlu söz sahibinə çevrildi;

-Xalqımızın maddi rifahı yaxşılaşdı.

Təbii ki, yuxarıda sadaladığm uğurların memarı olan dövlət başçımız Zatı-Aliləri İlham Əliyev Ümummilli Lider, müdrik siyasətçi Heydər Əliyevin həyat məktəbini müvəffəqiyyətlə keçmişdi. Ən əsası isə O, atasının vəsiyyətinə əməl edərək 2020-ci ildə şanlı Ordumuzun Ali Baş Komandanı qismində 44 günə Qarabağımızı yağı düşməndən azad etdi. 35 il davam edən münaqişəyə isə bu ilin sentyabrın 19-da uğurla keçirilən antiterror əməliyyatı nəticəsinə son qoyularaq Azərbaycan Respublikasının ərazi bütövliyi təmin edildi.

"AYmediacompany.az" portalının kollektivi adından cənab Prezidenti hakimiyyətə gəlməsinin 20 illliyi ilə bağlı səmimi qəlbdən təbrik edərək, ona möhkəm can sağlığı, Azərbaycanın çiçəklənməsi naminə əzmkar fəaliyyətində yeni uğurların qazanılmasını arzu edirik!!!

P.S.1997-ci ildə AzTv-nin çəkiliş qrupunun rəhbəri qismində SOCAR-ın 1-ci Vitse-Prezidenti cənab İlham Əliyevlə ABŞ-ın paytaxtı Vaşinqtonda səfərdə oldum. O zaman cənab İlham Əliyev "Azərbaycan-Kommunizmdən Demokratiyaya doğru" beynəlxalq konfransda Azərbaycan nümayəndə heyətinə başçılıq edirdi. Bakıya qayıdandan sonra o səfər haqqında "İnamla 21-ci əsrə doğru" sənədli televiziya filmi ərsəyə gəldi. Üstündən 26 il keçsə də filmin adını düzgün qoymağımda yanılmadığımı bir kiçik əlavəmlə əminliklə deyə bilərəm: "İlhamla 21-ci əsrə doğru."

Rüstəm Rüstəmov
"AYMEDİACOMPANY.AZ"

Digər xəbərlər