ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Cənab Prezidentin Çinə səfəri Bakı-Pekin münasibətlərində yeni bir mərhələ olacaq - İlham MƏMMƏDOV

GÜNDƏM
24.04.2025, 13:41 Oxunub: 579"Azərbaycanla Çin arasında əlaqələr dərin köklərə bağlıdır. Böyük İpək yolu üzərində yerləşən Azərbaycanla Çini təkcə siyasi deyil, eləcə də iqtisadi-ticari əlaqələr birləşdirir. Sevindirici hal ondan ibarətdir ki, bu əlaqələr ildən-ilə yüksələn xətlə inkişaf edir. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Çin Xalq Respublikasına nəzərdə tutulan səfəri Bakı-Pekin münasibətlərində yeni bir mərhələnin əsasını qoyacaq".
1001info.az xəbər verir ki, bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, bu gün bir sıra beynəlxalq təşkilatlıarda uğurla əməkdaşlıq edən Azərbaycanla Çin bir-biri ilə həm də vacib ticarət tərəfdaşıdır:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə verdiyi müsahibədə də bu məqama diqqət çəkərək bildirib ki, Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşıdır. Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çinin Azərbaycanın xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb".
Millət vəkili onu da qeyd edib ki, Bakı ilə Pekin iqtisadi-ticari sahədə əlaqələri daha da genişləndirə bilər:
"Çünki bunun üçün hər iki ölkədə böyük potensial və siyasi iradə mövcuddur. Düşünürəm ki, Cənab Prezidentin Çinə səfəri məhz bu baxımdan xüsusi əhəmiyyətli olacaq. Təsadüfi deyil ki, dövlət başçısı sözügedən müsahibədə də xüsusi olaraq qeyd edib. Cənab Prezidenti deyib ki, İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Dövlət başçısının da qeyd etdiyi kimi iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir".
Millət vəkili onu da qeyd edib ki, Bakı ilə Pekin xüsusilə qeyri-neft sektoru, alternatiiv enerji, yüksək texnologiyalara və innovasiyalar sahəsində əməkdaşlığı inkişaf etdirə bilər.

Digər xəbərlər
