usd-1.7000 eur-1.8198 rub-0.0182
Bakı 19°C 7 m/s
Son xəbərlər
24-04-2024
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

43 yaşlı kişi gecə klubunda tanış olduğu qızın evini qarət etdi

details

HADİSƏ

02.12.2022, 16:50 Oxunub: 1232

43 yaşlı kişi gecə klubunda tanış olduğu qızın evini qarət etdi - Paytaxtda ŞOK OLAY

Bakının Binəqədi rayonunda 1979-cu il təvəlüdlü Aydın Babayev sevgi münasibətində olduğu Pərvanənin (adlar şərtidir - red.) evindən oğurluq edib.
Milli.Az xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, Aydın evin dəhlizindəki paltar dolabına qoyulmuş əl çantasının içərisində olan pul qabıdan 3400 ABŞ dolları və 1600 manat məbləğində nağd pulu oğurlayıb. 

İstintaq orqanı tərəfindən Aydın barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq etmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılıb. 

Məhkəmədə ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bakı şəhərində yerləşən "SİMPATY" adlanan gecə klubunda bir xanımla tanış olub:

"Həmin xanım özünü mənə Pərvanə kimi təqdim etdi. Mən isə özümü ilk öncə Ramil kimi təqdim etdim. Bir müddət keçdikdən sonra əsil adımı Pərvanəyə bildirdim. Biri-birimiz ilə münasibət qurmağa başladıq. Münasibətlərimiz qeyri-rəsmi ailə münasibətinə çevrildi. Pərvanənin əvvəllər kirayədə yaşadığı evdə cəmi iki dəfə olmuşam".

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə Pərvanə evdə yemək süfrəsi açıb:

"Həmin süfrəyə Pərvanə rəfiqəsi Səliməni də dəvət etmişdi. Evdə bir qədər yeyib-içdikdən sonra Pərvanə evdə spirtli içki olan "Viski"nin də olduğunu bildirdi. Ona həmin içkidən dadmaq istədiyimi dedim. Səlimə isə buna etiraz etdi və içkiləri qarışdırmaq istəmədiyini bildirdi. Pərvanə "Viski"ni gətirdi. Həmin içkini onunla içməyə başladım".

Aydın qeyd edib ki, bundan sonra birlikdə "SİMPATY" gecə klubuna getməyi təklif edib:

"Razılaşdıqdan sonra birlikdə kluba getdik. Klubda yenə də spirtli içki sifariş etdim, Pərvanə ilə araq içməyə başladıq. Bir müddət keçdikdən sonra Səlimə klubda özünü yaxşı hiss etmədiyini və evə getmək istədiyini bildirdi. Bu səbəbdən kluba olan hesabı ödəmək üçün Pərvanə durdu və əl çantasından pulqabını açdıqda içərisində olan pulları gördüm.
 

Digər xəbərlər