usd-1.7000 eur-1.8114 rub-0.0183
Bakı 15°C 11.22 m/s
Son xəbərlər
01-05-2024
30-04-2024
29-04-2024
28-04-2024
26-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Azərbaycan könüllüləri Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar

details

CƏMİYYƏT

15.02.2023, 11:32 Oxunub: 1480

“1001info.az” xəbər verir ki, müraciətin mətnində deyilir:


“Hörmətli Mehriban xanım!

Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk anlarından biz Azərbaycan könüllüləri xalqımızın birlik, həmrəylik və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirərək qardaş Türkiyə xalqının yanında olmasının şahidi olduq. Yaşanan ağır faciəyə möhtərəm cənab Prezidentin və Sizin həssas münasibətiniz, yardımla bağlı verdiyiniz göstərişlər biz gəncləri hədsiz qürurlandırmaqla yanaşı, öz insansevərliyimizi nümayiş etdirməyə şərait yaratdı.
Zəlzələdən zərərçəkmiş insanlara dəstək məqsədilə başladılan yardım kampaniyasına qoşulan hər kəsə, o cümlədən bu işdə əlindən gələni əsirgəməyən çoxsaylı könüllülərə təşəkkür etməyiniz bizi olduqca təsirləndirdi. Bütün Azərbaycan xalqının səfərbər olduğu humanitar yardım aksiyasına qoşularaq Türkiyə xalqının yanında olmağı öz mənəvi borcumuz hesab edirik. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına Azərbaycan dövləti və xalqı tərəfindən verilən dəstəyə öz töhfəmizi vermək üçün gecə-gündüz demədən var gücümüzlə çalışırıq. Biz könüllülər bu xeyirxah əməllərin iştirakçısı olmaqdan qürur və şərəf duyuruq.
Hər zaman olduğu kimi, fəaliyyətimizə göstərdiyiniz diqqətə, verdiyiniz yüksək dəyərə görə Sizə səmimi-qəlbdən minnətdarıq. Xalqımızın əsrlər boyu yaşatdığı xeyirxahlıq, fədakarlıq və təmənnasız kömək ənənələrini davam etdirən Azərbaycan könüllüləri olaraq biz bundan sonrakı fəaliyyətimizdə də vətənpərvərlik və milli-mənəvi dəyərlərə daim sadiq qalacağımıza və daha böyük əzmlə çalışacağımıza söz veririk”.

Digər xəbərlər