ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Azərbaycanda uzunömürlülərin sayı azalıb

CƏMİYYƏT
27.10.2023, 13:40 Oxunub: 1384
2020-ci ildən sonra Azərbaycanda 80 və yuxarı yaşda olan şəxslərin sayında azalma baş verib.
1001info.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı araşdırmaya görə, 2020-ci ildə Azərbaycanda 80 və yuxarı yaşda olan şəxslərin sayı 150 100 nəfər olub.
Ölkəmizdə “uzunömürlülər” adlandırılan belə şəxslərin sayı sonrakı üç ildə xeyli aşağı düşüb.
Belə ki, 2021-ci ildə 80 və yuxarı yaşda olan şəxslərin sayı azalaraq 146 900 nəfərə enib.
2022-ci ildə isə “uzunömürlülər”in sayı 140 600 nəfər olub.
Nəhayət 2023-cü ildə 80 və yuxarı yaşda olan şəxslərin sayı hələ ki 132 100 nəfər kimi rəsmiləşdirilib.

Digər xəbərlər
