usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 21°C 1.61 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bakıda kriminal hesablaşma

details

HADİSƏ

11.03.2023, 13:03 Oxunub: 1947

Silahlı hücum kimə qarşı təşkil olunmuşdu? - Bakıda kriminal hesablaşma

 

 Bakının mərkəzində baş verən və iki nəfərin yaralanması ilə nəticələnən silahlı insident ətrafında müzakirələr davam edir.

“Qafqazinfo” xəbər verir ki, silahlı hücumun kriminal aləmdə “Brilyant” ləqəbi ilə tanınan Nicat Lənkəranskiyə qarşı təşkil olunduğu iddia edilir.

Hadisə zamanı yaralanan şəxslərin siyahısında Nicatın adına rast gəlinməsə də, videogörüntülərdə hücumun ona qarşı təşkilatlandığı açıq-aydın görünür.

Qeyd edək ki, Nicat Lənkəranski mediaya yad sima deyil. Belə ki, zaman-zaman onun barəsində mediada bir sıra məlumatlar yayılıb. O, ötən il Bakıda mərhum “Qanuni oğru” Rövşən Canıyevin yaxınlarına məxsus restoranların birində özünə toy etməsiylə gündəmə gəlmişdi. Nicatın idmanın boks növü ilə də məşğul olduğu bildirilir.

İnsidentlə bağlı globalinfo.az da maraqlı iddia ilə çıxış edib. Qeyd olunur ki, hadisənin baş verməsinə səbəb qan davasıdır. Belə ki, 2022-ci ilin oktyabrında Nicat İstanbulun Ataşehir qəsəbəsində “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elnur Qasımovu Tural adlı killer vasitəsilə öldürtdürüb. Bundan sonra isə Emin qisas almaq qərarına gəlib və Nicatı aradan götürmək üçün killer tutub.

Xatırladaq ki, rəsmi məlumata görə, hadisə ilə əlaqədar cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

 

 




Digər xəbərlər