usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 20°C 11.54 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bakıda qadının evdə saxladığı 70 pişik əlindən alındı

details

HADİSƏ

19.09.2022, 12:20 Oxunub: 3776

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzində məskunlaşmış qadının orada saxladığı 70 pişik əlindən alınıb.
“Qafqazinfo” xəbər verir ki, ticarət mərkəzində plastik materialları, karton və boş butulkaları toplayaraq satan və həmin tcarət mərkəzində yaşayan Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Z.Yusifovanın orada olmadığı vaxt onun həmin gecəqonduda saxladığı 70 pişik maşına doldurularaq naməlum istiqamətə aparılıb.
İttihama görə, bundan sonra qadın evə gələrək pişiklərin aparıldığını görüb və ticarət mərkəzinin rəhbərliyinin ünvanına qeyri-etik ifadələr səsləndirib. Əraziyə gələn polis əməkdaşları qadını patrul avtomobili ilə polis bölməsinə aparıblar. Onun barəsində inzibati protokol tərtib edilib və Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 200 mana cərimələnib.
Qeyd edək ki, daha əvvəl də ticarət mərkəzinin rəhbərliyi və ərazidə xidmət aparan polislər Z.Yusifovaya pişikləri oradan kənarlaşdırmasını, ticarət mərkəzi ərazisindən çıxarmasını bildiriblər.

Digər xəbərlər