ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Bu gün Hadı Rəcəblinin doğum günündür

CƏMİYYƏT
25.10.2023, 10:56 Oxunub: 1268Bu gün Respublikamızın ictimai-siyasi həyatında öz yeri, dəsti-xətti olan tanınmış dövlət xadimi, siyasi elmlər doktoru Hadı Rəcəblinin doğum günüdür.
Qeyd edək ki, Hadı Rəcəbli Prezident Yanında İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasaının professoru, Elmi Şuranın üzvüdür.
Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.
Əmək fəaliyyətinə 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə kimi başlayıb. Sonra bu zavodda mühasib, texnoloq, iqtisadçı işləyib.
1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinskiy raboçiy" qəzetinin xüsusi müxbiri olub.
Hadi Rəcəbli 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb.
1981-ci ildən Azərbaycan KP MK-nın Təşkilat-partiya işi şöbəsinin inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.
Hadi Rəcəbli 11-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Hadı müəllim ensiklopedik zəkalı, yüksək təfəkkürə malik nadir ziyalılarımızdandır. Tanınmış dövlət xadimi kimi keçdiyi mənalı həyat yolunu, zəngin həyat təcrübəsini yetirmələri ilə bölüşən, istənilən mövzu ilə bağlı polemikaya qoşulan, hər zaman haqqın, həqiqətin üzə çıxmasına çalışan bu nəcib insandan öyrənməli çox şey var.
Hadı müəllimin nitqi rəvan, bulaq kimi çağlardı. Sadəliyi, səmimiliyi, mehribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. İnsanlara dost, simsar olan bu nəcib insan çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə kömək etməyə can atır. Hər bir kəsin dərdini duyması və bu dərdi, ağrını öz dərdi, ağrısı kimi yaşaması professor Hadı Rəcəblini xarakterizə edən ən gözəl cizgilərdi.
1001info.az olaraq dəyərli professor Hadı Rəcəblini ürəkdən təbrik edir, möhkəm can sağlığı, xoşbəxt ömür arzulayırıq.

Digər xəbərlər
