ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Çingiz Abdullayevdən gözlənilən addım... ATV telekanalı məhkəməyə verilir

CƏMİYYƏT, ƏDƏBİYYAT
22.11.2023, 13:33 Oxunub: 3321
Dünya şöhrətli yazıçı Çingiz Abdullayev ATV telekanalını məhkəməyə verməyə hazırlaşır.
1001info.az kulis.az-a istinadən xəbər verir ki, bunu məşhur yazıçı açıqlamasında deyib.
“Azərbaycan Yazıçılar Birliyinin hüquqşünası məhkəməyə xüsusi ittiham qaydasında şikayət hazırlayır. İddiaçı təşkilat ola bilməz deyə, mənim adımdan yazılacaq. Təzminat 1 manat da olsa, 100 min manat da olsa, almayacağam. Hamısını şəhid ailələri üçün köçürəyəcəyik. Mənə nə o aparıcının, nə də telekanalın pulu lazımdır. Aparıcı danışıb, öz səviyyəsini göstərib” deyə, o, əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır. Bu gün isə Audiovizual Şuradan APA-ya deyilib ki, bu hadisə ilə bağlı ATV-yə irad bildirilib və müvafiq tövsiyələr verilib.
Xatırladaq ki, Atv telekanalında aparıcının efirdən səsləndirdiyi sözlər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri bu barədə statuslar paylaşaraq yazıçının ünvanına xoş sözlər yazaraq həm kanala, həm də aparıcıya etirazlarını bildirib. Rəylərdə dünya şöhrətli yazıçıya qarşı bu cür davranışa son qoyulması tələb olunub.

Digər xəbərlər
