ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“DAYAQ” təşkilatının baş ofisində vətən müharibəsi qaziləri ilə görüş

CƏMİYYƏT
16.08.2023, 11:40 Oxunub: 1801Benilüks Azərbaycanlıları Konqresi ilə Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının dəstəyi ilə “DAYAQ” təşkilatının baş ofisində vətən müharibəsi qaziləri ilə görüş keçirildi.
"DAYAQ" təşkilatının sədri Qalib Əliyev tədbiri giriş sözü ilə açaraq vətən müharibəsi qazilərini salamladı. Avropada fəaliyyət göstərən diaspora fəaliyyətindən danışdı.
Daha sonra Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov çıxış etdi. O, "DAYAQ" təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək, gələcək əməkdaşlıq planları haqda fikirlərini bölüşdü.
Elsevər Məmmədov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük vətən müharibəsi və post müharibə dövründə diaspora fəalları dahada əzmlə fəaliyyət göstərdiyini vurğuladı. Diaspora rəhbəri bildirdi ki, ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi hörmətlə anır, qazilərimizə Allahdan şəfa diləyir.
"DAYAQ" təşkilatının sədr müavini Məcid Məmmədov ümumilikdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlətimizin diqqət və qayğısından söz açaraq qeyd etdi ki, gələcəkdə də Benilüks Azərbaycanlıları Konqresi, "Dayaq" Təşkilatı ilə birgə dövlətimizin prioritet məsələlərindən olan həsas vətəndaşlara öz dəstəyini göstərməyə davam etdirəcək.
Tədbirin sonunda qazilərimiz və müharibə iştirakçılarımız arasında ağır atletika üzrə Avropa birinciliyi turnirindən qalibiyyətlə dönən Asxab Kalayev və qızıl medala layiq görülmüş Ömər Cavadov hədiyyələrlə və fəxri diplomlarla təltif olundu. Ümumilikdə 20 nəfər qazimiz müxtəlif hədiyyə və maddi dəstəklə təmin olundu.

Digər xəbərlər
