ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Dərələyəz mahalından olan ziyalılarla görüşün təəssüratları...- Vüqar Əsgər yazır

CƏMİYYƏT
02.03.2023, 13:56 Oxunub: 4550 Qərbi Azərbaycan İcmasında Dərələyəz mahalından olan ziyalılarla
görüş keçirildi.
Fevralın 25-də Qərbi Azərbaycan İcmasının binasında düzənlənən tədbirdə Dərələyəzsiz dərələyəzlilər kövrək xatirələri dilə gəldi, doğma yurdda keçirdiyi xoşbəxt uşaqlıq illəri xatırlandı. Çıxışlarda Qərbi Azərbaycan, İrəvan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın vacibliyi vurğulandı.
Daha sonra Dərələyəzin kəndələrinin icma sədrləri seçildi. Əksəriyyətin dilindən çıxan bu dilək təsadüfi səsləndirilmirdi: “İnşallah, bir gün arzular çin olar, növbəti görüşləri Dərələyəzdə keçirərik. Allah o günləri bizə qismət eləsin. Amin!”
Dərələyəzli kimi bu görüşdən iştirakdan məmnun oldum. Ən əsası, qədim yurd yerlərimizdən və illərdir ki, Ermənistan ərazisi adlandırılan, əslində, Azərbaycana məxsuz olan 16 mahalımızdan biri kimi tarixə düşmüş Dərələyəz mahalının ziyalılarından və o yerlərdən məcburən çıxarılan, qovulan, "mədəni" deportasiya (səssiz ölüm) edilmiş soydaşlarımızın oğul-uşaqları da bu tədbirə toplaşmışdılar.
Müzakirə edlən məsələlər Böyük Qayıdış üçün olduqca vacib idi. O yerlərin tarixini murdar haylar silsələr də, əlimizdə hələ ki qalmış olan tarixi sübutlar (həm də əsasən hayların özlərinin yazdıqları və söylədikləri fikirlərin də yer aldığı yazılı mənbələr) var və onların bir muzeydə saxanması daha məqsədəuygun olar.
Xatırlandı ki, bir vaxtlar Bakı şəhərinin Binəqədi rayonu ərazisində Deportasiya Muzeyi tikilirdi. Sonradan həmin bina RİH binasına verildi, ətraf parkda isə yemək-içmək, əylənmək üçün şərait yaradıldı, Deyəsən, haradasa, bu adda muzey fəaliyyət göstərir,-M.N.) toplanması, mahalın tərkibində mövcud olmuş kəndlərin bu mərkəzdə icmaları və onların da nümayəndələri, koordinatorları seçilsin. Bütün bunlar və digər məsələlər barədə fikirlərini bildirlənlərin bir məqsədi vardı: Dərələyəz mahalından didərgin salınmış (müxtəlif dövrlərdə) insanların harada yaşamaları və hazırda hansı sayda olmaları, yaşayış şəraitləri, məşğulluqları, təhsilləri və s. öyrənilməli, bunları birləşdirirək ensiklopedik məlumat kitabları nəşr etdirilməlidir , Ermənistanın monoetnik, saxta dövlət olması dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.
Azərbaycan mətbuatından, xüsusən də Azərbaycan Televiziyasından geniş ictimaiyyətə tanış olan araşdırmaçı, tədqiqatçı-jurnalist-publisist Miraslan Bəkirli və fədakar ziyalılarımızdan olan mərhum Həsən Mirzəyevin bacısı qızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya fakültəsinin dekanı vəzifəsində çalışan Filologiya elmləri namizədi Mahirə Hüseynovanın, həmçinin mahalın tanınmış, sayılıb-seçilən ağsaqqal ziyalılarının bir-birindən dəyərli fikirləri tədbir iştirakçıları tərəfindən yüksək dəyərləndirildi.
Vüqar ƏSGƏR,
“Respublika Xatirə Kitabı” Redaksiyasının redaktoru

Digər xəbərlər
