usd-1.7000 eur-1.8246 rub-0.0185
Bakı 13°C 14.13 m/s
Son xəbərlər
03-05-2024
01-05-2024
30-04-2024
29-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Duşda toplanan bakteriyalar böyük təhlükə saçır

details

MARAQLI

07.12.2023, 13:02 Oxunub: 568

Duşdakı bu böyük təhlükədən xəbəriniz varmı?

Bir çox adam bilmir ki, bakteriyalar xüsusən çox su olan yerdə yaşayır və törəyir.
Yeni tədqiqatlara əsasən duşda toplanan bakteriyalar böyük təhlükə saçır. Bu mikroskopik orqanizmlərin əksəriyyəti zərərsiz olsa da, bəzi mikrobakteriyalar ağır ağciyər infeksiyalarına səbəb olur.
Mikrobakteriyalar suda inkişaf edən ən geniş yayılmış bakteriyalardır. Bu barədə daha ətraflı məlumat əldə etmək üçün tədqiqatçılar Birləşmiş Ştatlardan və Avropanın 13 ölkəsindən olan 650 nəfər arasında araşdırma aparıb.
Alimlər xüsusi vasitələrlə təmizlənmiş duşları nəzərdən keçirib. Onlar aşkar ediblər ki, mikrobakteriyalar Birləşmiş Ştatlarda, şəhər evlərində daha çox rast gəlinir. Nə qədər qəribə olsa da, xlorla dezinfeksiya olunmuş duşlarda çox sayda mikobakteriyalar aşkar edilib.
İsti hamamda su buxarına məruz qaldıqda mikrobakteriyalar aerozol halına gəlir və nəticədə ağciyər xəstəliyinin yaranmasından məsul ola bilər. ”Duşunuzda "maraqlı” mikrob dünyası inkişaf edir və hər dəfəçiməndə siz onun təsirinə məruz qalırsınız. Bu mikrobların əksəriyyəti zərərsizdir, lakin onlardan bəziləri təhlükəlidir və bu tip araşdırmalar bizə başa düşməyə kömək edir ki, su sistemlərini təmizləyən santexnika materialları mikrobların tərkibini dəyişə bilər”, – deyə tədqiqatçı Noa Fier bildirib.
Daha çox mikrobakteriya əsasən metal duşlarda aşkarlanıb, nəinki plastik. Sadə və çox effektiv təmizlənmə üçün bir neçə üsul təklif edirik.


1. Dəliklərin tutulduğu hissəyə bir qədər peroksid töküb gözləyin, sonra isə su ilə yuyun.


2. Duşu daha bir sadə üsulla təmizləmək olar. Bunun üçün paketi su, duz və sirkə ilə doldurun. Sonra duşu paketin içinə qoyub bağlı halda saxlayın. Bir neçə dəqiqə sonra paketini çıxardın. Təmizlənmiş duş işıq saçacaq.

Digər xəbərlər