usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 21°C 1.61 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib

details

CƏMİYYƏT

02.05.2023, 12:40 Oxunub: 2445

Hacı Şahinin yerinə o təyin olundu


"Bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib".
1001info.az  Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, məscidə yeni təyinatlar da olacaq.
“Əli Şərbətovun təqdimatı bu gün olacaq. O cümlədən məscidə qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”, - M.Qurbanlı əlavə edib.
M.Qurbanlı sosial şəbəkələrdə Məşədi Dadaş icmasının məsciddən çıxarılması barədə yayılan xəbərlərə də aydınlıq gətirib.
Komitə sədri bu məlumatların yalan olduğunu vurğulayıb: “Hazırda icmanın sədri də, üzvləri də məsciddədir. İcma vaxtilə 11 nəfərlə qeydiyyatdan keçib. İndiki qayda ilə isə, 50 nəfərlik bir icma heyəti olacaq.
Oradan gedən adamlar mərhum Hacı Şahinin ətrafında olan adamlar idi. Bu adamların hüquqi baxımdan məscidə heç bir aidiyyəti yox idi. Və onlar icma formalaşan zaman vətəndaş kimi icmanın formalaşmasında iştirak edə bilərlər”.
Qeyd edək ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli bu il martın 2-də ürəktutmadan vəfat edib.

Digər xəbərlər