usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 21°C 1.61 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması... QƏRAR

details

CƏMİYYƏT

22.11.2023, 15:09 Oxunub: 935

Baş nazirdən əmək pensiyaları ilə bağlı - Qərar

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilib.

1001info.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Qərarla təsdiq edilmiş qaydaya əsasən:
- “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq ailə başçısının itirilməsi növü üzrə pensiya təyinatı ilə əlaqədar yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ailə tərkibi haqqında arayışının təqdim edilməsi tələbi aradan qaldırılır;

- Kolxozlarda əmək fəaliyyəti dövrünün staja hesablanması üçün “müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərti” ləğv edilir, staj kolxozçunun əmək kitabçası əsasında daha asan qaydada müəyyən olunacaq;
- “Əmək pensiyaları haqqında” Qanuna əsasən 2017-ci il 1 iyul tarixinədək 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi, həmin tarixdən sonra isə 2 faizi (Müdafiə Nazirliyi üzrə - 3 faizi) hesablanması şərti həmin dəyişikliyi ehtiva edən Qanunun qüvvəyə mindiyi 2017-ci il 1 iyul tarixi əsas Qanunun mətnində görünmədiyindən aydınlıq baxımından  Qaydalara əlavə olunur;
- Pensiyaya çıxmış hərbi qulluqçular barədə yeni məlumat vərəqi təqdim olunarsa, o halda həmin hərbi qulluqçunun pensiyası yeni məlumat vərəqi əsasında hesablanacaq;
- Əmək pensiyası üzrə eyni anda 3 artırılma prosesini yerinə yetirmək lazım olduqda həmin proseslərin ardıcıllığı (pensiyanın minimum məbləğə çatdırılması, maddi yardımın pensiyanın məbləğinə daxil edilməsi və pensiyanın indeksləşdirilməsi ardıcıllığı) müəyyən olunur;
- Vətəndaşa keçmiş dövr üzrə əskik və artıq pensiya ödənildiyi aşkar olunduqda həmin məbləğlərin əvəzləşdirilməsi barədə norma əlavə olunur.

 

Digər xəbərlər