usd-1.7000 eur-1.9345 rub-2.0578
Bakı 9°C 3.37 m/s
Son xəbərlər
28-04-2025
27-04-2025
25-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Fazil Mustafadan  tanınmış rejissor Tahir Tahiroviçə TƏBRİK MƏKTUBU

details

MƏDƏNİYYƏT

28.04.2025, 16:48 Oxunub: 1386

Bu gün rejissor, prodüser Tahir Tahiroviçin doğum günüdür.

1001info.az xəbər verir ki, bu münasibətlə Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “ARAN Film” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri (2016-2020) olmuş, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin yaradıcılırandan və hazırda Kinematoqrafçılar İttifaqının katibi olan kinorejissor, tanınmış ictimai və mədəniyyət xadimi Tahir Əliyevə (Tahir Tahiroviçə) 50 illik yubileyi ilə bağlı təbrik məktubu ünvanlayıb.
Təbrikdə vurğulanır ki, Tahir Əliyevin sənət fəaliyyəti Azərbaycan mədəniyyətinin zənginləşməsinə, milli sənət dəyərlərinin qorunub təbliğinə töhfələr verib. Onun rejissorluq fəaliyyəti milli tariximizin və mədəni irsimizin sənədli filmlərlə nəsillərə çatdırılması işində önəmli yer tutur.
Fazil Mustafa Tahir Əliyevin Azərbaycan kino və televiziya sənətindəki, ictimai fəaliyyətdəki xidmətlərini dəyərləndirərək, ona yeni uğurlar, möhkəm cansağlığı və daha böyük sənət sevincləri arzulayıb.

Xatırladaq ki,  Tahir Tahiroviç Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində (1993-1998, Cəmil Quliyevin emalatxanası), Türkiyə Cümhuriyyəti İstanbul Beykent Universitetində sinema üzrə magistr təhsili alıb (2012-2014). Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insitutunun "Teatr, kino və televiziya" şöbəsinin aspirantıdır.
“Azərbaycanfilim”də rejissor assistenti (1995-2000), “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində kinorejissor (2003-2007), Azərbaycan televiziyasının “Xüsusi lahiyələr” departamentində rejissor (2007-2008), “Salnamə” sənədli filmlər studiyasında quruluşçu rejissor (2008-2016) kimi çalışıb. Halzırda “Aran Film” Yaradıcılıq Mərkəzinin bədii rəhbəridir. "Nova Gorica" kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan nümayəndəsidir.


Respublika “Gənclər mükafatı”na (2005), kinematoqrafiya sahəsindəki uğurlarına görə “İlin ən yaxşı sənədli film rejissoru” mükafatına (2005), V Beynəlxalq Audiovizual Festivalın xüsusi mükafatına (2005), V Volakalamsk Beynəlxalq Kinofestivalının mətbuat mükafatına (2007, Moskva), VII Beynəlxalq Audiovizual Festivalın xüsusi mükafatına (2007), V Avrasiya Beynəlxalq Kinofestivalında I dərəcəli diploma (2009, Sevastopol), XVIII "Zolotoy Vityaz" Kinoforumunun diplomuna (2009, Lipetsk), lV "İnsan və Müharibə" Beynəlxalq Kinofestivalının mükafatına (2009, Yekaterinburq), Ərzurum Atatürk Universitetinin xüsusi diplomuna (2009, Ərzurum), Sloveniya Respublikası Novo-Qoriça şəhərinin Fəxri Mükafatına (2010, Novo-Qoriça), "Bilik Aləmi" Beynəlxalq Kinofestivalının xüsusi diplomuuan (2010, Sankt-Peterburq), S.Bondarçuk adına Beynəlxalq Kinofestivalın mükafatına (2010, Volakalmsk), XX "Zolotoy Vityaz" Kinoforumunun diplomuna (2011, Kursk), Kars Kafkas Universitetinin diplomuna (2012, Kars), "Azərbaycan Alman" dostluq cəmiyyətinin xüsusi diplomuna (2012, Bakı), Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatına (2014, Bakı), XI Avrasiya Beynəlxalq Kinofestivalının diplomuna (2015, Sevastopol), Rusiya Federasiyasının prezidenti V.Putinin "Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibəti ilə” mükafatı və xatirə medalına (2015, Moskva), “İlin ən yaşxı televiziya filmi” nominasiyasında "Qızıl pəri" kino mükafatına (2015) Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə xatirə medalına (2016, Varşava) layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının, Peşəkar Kinorejissorlar Gildiyasının, MDB və Baltikyanı dövlətlər Kinematoqrafçılar Konfederasiyasının üzvüdür.

 

Digər xəbərlər