ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Fuad Mirələmova yeni vəzifə verilib

CƏMİYYƏT
19.02.2025, 14:03 Oxunub: 1203Hüseynbala Mirələmovun oğluna yeni vəzifə verildi
Milli Məclisin keçmiş deputatı, yazıçı-dramaturq, professor Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmova yeni vəzifə verilib.
1001info.az xəbər verir ki, o, Yasamal Bələdiyyəsinin sədr müavini seçilib.
Bildirilib ki, yanvarın 29-da keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyənin ilk iclası keçirilib. Toplantıda bələdiyyə üzvlərinin siyahısı oxunub və 19 nəfər üzvün iştirakı təsdiqlənib.
Tahir Məmmədov Yasamal Bələdiyyəsinin sədri seçilib. O, bundan əvvəl də həmin vəzifədə çalışıb.
Qeyd edək ki, Fuad Mirələmovun atası Hüseynbala Mirələmov III, IV və V çağırış Milli Məclisin deputatı olub. O, 1992-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, Fuad Mirələmov uzun illər Daxili İşlər Nazirliyinin Baş İstintaq idarəsində müstəntiq, baş müstəntiq və xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifələrində çalışıb.İstefada olan polis polkovnik-leytenantıdır və hazırda təqaüddədir.
Keçmiş deputatın övladı Yasamal Bələdiyyəsində hakim Yeni Azərbaycan Partiyasını təmsil edən üzvlərdən biridir.

Digər xəbərlər
