ŞƏHİDLƏR -Qazilər

"Qarabağın açarını gətirəcəyəm"... - Kamalə ABİYEVA yazır
Qarabağın açarını gətirəcəyəm İlqar Elçin oğlu İbrahimov 2002-ci il iyun ayının 25-də Astara rayonunun Təxtənəkəran kəndində ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Füzulinin İlahi Eşqini anlayan Tanrı dərgahına yüksəlir... - Məlahət İsmayılqızı yazır
jpg-1691824110.jpg)
MƏDƏNİYYƏT
12.08.2023, 10:58 Oxunub: 3300 ÖYLƏ SƏRMƏSTƏM Kİ...
QEYSİ MƏCNUN EDƏN mühitmi, yoxsa İLAHİ EŞQMİ....
Üçlük və burada daha bir əl görünür, özü də sehrkar və musiqidən daha güclü əllər- əllərin harmoniyası, bir qədər incə ifadə etsək Mayestro Niyazinin sehrkar- danışan əlləri... nəhayətində möhtəşəm “Füzuli” kantatası .
Məcnunu Məcnuna- cünuna çevirən Aşiqlikdən doğan “Məni Candan Usandırdı”, Ü. Hacıbəyovun “ Leyli və Məcnun”u bütün zamanların misiqisi fonunda ən yüksək mərtəbədə duracaq və C. Cahangirovun kantata da ən əsas rol “Məni Candan Usandırdı “ qəzəli- yəni Füzuli dühası, Üzeyir Bəy dahiliyi, C. Cahangirovun sənətkarlığı, Şövkət Xanımın ecazkar, qəlblərin ən dərunu hissəsinə yol açan ifası... və yenə də Mayestro Niyazi... Və etiraf etməyə bilmirsən : “ Heyrət ey Büt ...”
Bu birlikdən doğan əsər elə bir şedevr ki, ömür boyu qulaqlarda – könül və qəlblərimizdə çalınsa da, səslənsə də yenə də ondan doymaq, ondan usanmaq mümkün deyil.
Xalq yaradıcığından bəhrələnən, mühitin formalaşdıraraq bizlərə ərmağan etdiyi Göyçə Aşıq Məktəbinə mənsub “Yanıq Kərəmi” kimi. Bu elə bir gözəllik ki, elə bir abidə ki, xüsusən Aşıq Ədalətin ifasında ... və hər səslənişində “Yandı Kərəm, Yandı Kərəm nidası”. Folklor, ədəbiyyat, musiqi və yenə də hər çalarında Yandı Kərəm nidası. Suya həsrət torpağa yağan yağışlara bənzəyirdi bu nida, həsrət, nisgil qoxulu.:
“Yanıq Kərəmi” kimin ahıydın...
Göyçəninmi, Xocalınınmı,
Yoxsa İnsanlığınmı...
Kərəminmi ahısan,
yoxsa Əslininmi...
Və yenə də Füzuli, O bəşəri şairdir, İlahi Eşqin tərənnümçüsü, dərdi- səri dünyalar qədər... bəlkə də məhz buna görə onu belə sevmiş, gözlərimizdən- qəlbimizə axan qanlı yaşlara bənzətmişlər...
Şəbi- hicran yanar canım,
Tökər qan- çeşmi giryanım...
Mənə tən edən, rişxənd edən nakəslər, qınamayın İnsanların ülvi duyğularını, bu sevdalar İlahidən gəlmirmi İnsan Övladına...
Degildim Mən Sənə mail...
Füzuli qəhrəmanları Məcnununmu, yoxsa Leylininmi ahu- zarından özü də İlahi Eşq adlı bir gözəllik nümunəsi yaratmış, bu cəfalı- bəlalı Leyli- Məcnunun dərdinin ağırliğından dağlara qalxmışdır, əfsanələr içərisində əfsanəyə dönmüşdür :
Füzuli dərd əlindən dağa çıxdı...
Dedilər bəxtəvər... yaylağa çıxdı.
İnsanlığın nəyi olmasa da, bəxtəvərlik verib qismət- tale oğurlamağı öndədir. Bu bəxtəvər kəlməsi xəbis insanlar əlində alət olub, İnsanlığın yoluna daş- qaya kimi diyirlənməkdədir...!
Füzulinin İlahi Eşqini anlayan Tanrı dərgahına yüksəlir, lap elə Məcnun kimi, “çoxdu- bəni adəm içərisində bidad” deyərək İlahinin ən gözəl şəkildə xəlq etdiyi vəhşi adlandırılsa da, əslində bu heyvanlarda daha böyük məhəbbət görən Məcnun elə belə də olmalı idi. :
Qeys oluban əsiri Leyli...
Leyli salmış dəxi Ona meyli.
Bu böyük və hər cür pərəstişə layiq Füzuli, Ü. Hacıbəyov dühası, C. Cahangirov sənətkarliğı, Mayestro Niyazinin ruhunun əllərlə təcəssümü və Şövkət Xanımı Xanım- Xatın səsi... inanın ömür boyu bu mükəmməlliyi eşitmək İnsana necə böyük və mükəmməl mənəviyyat verər hər birimizə...
Və əslində beş dühanın yaratdığı, səcdə qılınacaq bir Əsər, bir Mükəmməllik !
P. S. “Füzuli” kantatasını dinləyin
Məlahət İsmayılqızı, 18. 06. 23
P. S.
Yarəb bəlayi- Eşq ilə qıl aşina Məni...
Bir dəm bəlayi- Eşqdən etmə cüda Məni...
Bu günlər bizlərin Vətən Azərbaycana- özü də Bütöv Azərbaycana, Şimallı, Qərbli, Cənublu, Şərqli Azərbaycana sevgimiz həm də bəlayi eşqimiz olub. Füzuli dühası zaman fövqündən daha Uca Dühadır. Füzuli tək fərd üçün deyil, İnsan psixologiyasının fəlsəfi ruhunu açan Dühadır. Kamil sevgini, kamil İnsan və Onun İlahi Eşqini mərifət elmində kamil olanları dəli- divanə adlandırırlar:
Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir?..
Mən kiməm, saqi olan kimdir, meyu- səbha nədir ?
Füzuli öz cünunluğu ilə mərifətsizləri, dayazları rədd edir, Fizuli bir Övliya- Pir, sufi şairdir, İlahi Eşqin tərənnümçüsü, Öz eşqini ülviləşdirib cismanılıkdən çıxaran düha... Ey Böyük Filosof, Səni öyrənən xoşbəxtdir, dərk edən Xoşbəxtdir...
Məcnun bir obraz kimi Füzuli üçün – həm də” rindü- şeyda” dır...əslində daş- qalaq olunan Məcnun mahiyyət etibarı ilə zamanın- Füzulinin özünün ruhudur.Orta əsr- qədim əyyamların feodal köləliyinin, dini fanatizm pərdəsi ilə bürünən zamanların- cahilliyyət burulğanında üzən insanların qul- kölə psixologiyasının Füzuli dili ilə çatdırılan naləsidir “MƏNİ CANDAN USANDIRDI”...İnsanlığın Fizuli qəhrəmanlarının dili ilə çatdırılan faciəsidir Onun möhtəşəm yaradıclığı...
Nə etməli, düşündükcə düşünürsən... Öylə sərməstəm... Sadəcə yaşamaq istəyir İnsan adlı Cünun.
MƏLAHƏT İSMAYILQIZI
AYB- nin, AJB- nin üzvü
