usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 21°C 1.61 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Göyçəyə yol Aşağı Şorcadan keçir...

details

CƏMİYYƏT

02.11.2023, 12:32 Oxunub: 1110

.

“31 oktyabrda ilk dəfə olaraq “ASAN Xidmət”də Qərbi Azərbaycandan olan soydaşlarımıza verilən şəxsiyyət vəsiqələrində onların doğulduğu ərazilərin öz tarixi adları ilə qeyd olunması qürurverici hadisə kimi hər birimizdə fərəh doğurdu”.  
 Bunu siyasi elmlər doktoru, keçmiş Millət vəkili, professor Vaqif Abdullayev deyib.
O bildirib ki, şəxsiyyət vəsiqəsi bizim milli kimliyimiz, imzamız, doğulduğumuz torpağın toponimini əks etdirən milli nişanəmizdir. Bu hadisə bizim öz tarixi milli kimliyimizin, Qərbi Azərbaycan toponimlərinin bərpa olunmasıdır: “Ata-baba torpaqlarımıza, coğrafi adlarımıza, milli-mədəni irsimizə sahib çıxmağımızın təntənəsidir. Bu, bizim öz dədə-baba torpaqlarımıza, Göyçəyə, doğulub boya-başa çatdığım Aşağı Şorca kəndinə geri dönüşümüzün ilk ayaq səsləridir. Cənab Prezident 20 ildir ki, bizim arzularımızı bir-bir yerinə yetirməkdədir. O, Qarabağı, Xankəndini, Xocalını erməni tapdağından azad etməklə bizim ən müqəddəs amalımızı gerçəkləşdirdi. Hazırda Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı üçün yorulmadan çalışır”.

Vaqif Abdullayevin sözlərinə görə, Prezidentin hazırladığı qayıdış konsepsiyası hər gün bizi öz doğma torpaqlarımıza bir addım yaxınlaşdırır: “Müzəffər Baş Komandan İlham Əliyev 2021-ci ildə Kəlbəcər rayonuna səfəri çərçivəsində Basarkeçər-Kəlbəcər yolunda dayanaraq əli ilə qədim Göyçə mahalını, Basarkeçəri, Aşağı Şorcanı göstərərək “Bu ərazilər bizimdir, bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur” deyərək bizi qürurlandırdı, bir anlıq öz evimizə qaytardı. Bizə Göyçənin, Aşağı Şorcanın saf havasını, suyunu daddırdı, şirin Vətən xatirələrini yaşatdı. Kəlbəcərlə bizim doğma yurdumuzu 500-600 metr məsafə ayırır. Göyçənin qapısı Aşağı Şorcadan keçir. Biz 3 ildir ki, Kəlbəcərdən Şorçanı seyr edirik, yurdumuzun bir addımlığında havasını duyuruq. Şorca, Göyçə mahalı bizə bir nəfəs qədər yaxındır. Səsimiz aydın eşidilir, Dədə Ələsgərin ruhu bizi səsləyir. Cənab Prezident çox müdrik və məqsədyönlü şəxsiyyətdir, qarşıya qoyduğu hər bir məqsədə nail olur. O, ən mötəbər tribunalardan keçmiş Sovet imperiyasının Azərbaycandan qoparıb Ermənistana verdiyi torpaqların inzibati ərazisi və coğrafi sərhəd hüdudlarının Azərbaycana məxsus olması barədə bütün gerçəkləri tutarlı faktlarla beynəlxalq ictimaiyyətə çatdırır”.
O qeyd edib ki, bütün dünya ictimaiyyəti anlayır ki, vaxtilə Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar sayəsində və ərazilərimiz hesabına Ermənistan adlı qondarma dövlət qurulub: “Prezidentimiz Azərbaycanın 200 illik tarixi irsini, itirilmiş torpaqlarını geri qaytardığı kimi 100 il əvvəl bizdən zorla qoparılmış yurd yerlərimizi də özümüzə qaytaracaq. Zəngəzur, Göyçə, Basarkeçər də tarixi ədaləti bərpa edəcək. Bu məqsəd uğrunda da yorulmadan çalışır. Ötən il Prezidentimiz, Ali Baş Komandanın öz ad günündə Qərbi Azərbaycan İcmasının inzibati binasına gələrək bir qrup ziyalı ilə görüşü də onun bu tarixi missiyanı şəfərlə yerinə yetirməsini göstərir.
Bütün Göyçə camaatı vüsalın, həsrətin sevinclə sona çatacağına inanır. Biz Göyçəyə qayıdacağıq! Göyçə Azərbaycanındır!”

Digər xəbərlər