usd-1.7000 eur-1.8459 rub-0.0200
Bakı 25°C 11.79 m/s
Son xəbərlər
14-07-2024
10-07-2024
09-07-2024
08-07-2024
05-07-2024
04-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Həştərxanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi 

details

CƏMİYYƏT

04.12.2023, 12:05 Oxunub: 1393

                  
Həştərxanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi 


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Həştərxanda səfərdə olub.
1001info.az xəbər verir ki, nümayəndə heytətinin tərkibində olan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Sabir Hacıyev, Əminə Ağazadə, incəsənət xadimləri, jurnalistlər və digərləri Həştərxanda ulu öndərin adını daşıyan xiyabana gələrək onun abidəsini ziyarət edib. 
Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib. Sonra qonaqlar “Əbədi məşəl” memorialını ziyarət edərək İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsini anıb.
Daha sonra Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olub. İ.Babuşkin bu il vilayətdə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bır sıra təntənəli tədbirlərin keçirildiyini qeyd edib. Xalqlarımızı səmimi dostluq münasibətlərinin birləşdirdiyini vurğulayan qubernator əmin olduğunu bildirib ki, ölkələrimiz möhkəm tərəfdaşlığı davam etdirəcək və gələcəkdə də belə tədbirlər təşkil olunacaq. 
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Sabir Hacıyev və Əminə Ağazadə öz növbəsində, səmimi qəbula görə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə təşəkkürlərini bildirib. Qeyd edilib ki, Həştərxanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi Azərbaycanda yüksək qiymətləndirilir və mehriban qonşuluq münasibətlərinin təzahürüdür. 
Sonra Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinə səfər çərçivəsində Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib. 
Tədbirin yekununda ulu öndərin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edən müəllim və şagirdlərin mükafatlandırılma mərasimi keçirilib.

Digər xəbərlər