ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Heydər Əliyev və Azərbaycan dili” kitabı nəşr olundu

CƏMİYYƏT
18.03.2023, 16:36 Oxunub: 1845Dövlət Tərcümə Mərkəzi müasir Azərbaycanın qurucusu, mənəvi atası, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndərin Azərbaycan dilinə və ədəbiyyatına sevgisini, diqqət və qayğısını, dilimizin saflığının qorunub saxlanılması və inkişafı uğrunda göstərdiyi müstəsna tarixi xidmətlərini əks etdirən “Heydər Əliyev və Azərbaycan dili” kitabını ərsəyə gətirib.
1001info.az xəbər verir ki, Dövlət başçısının Azərbaycan dilinin milli dəyər kimi qorunub saxlanılması, dövlət dili statusunun qanunvericilikdə təsbit olunması, işləkliyi və tətbiqi əhatəsinin genişlənməsi istiqamətində imzaladığı fərman və sərəncamlarla yanaşı, müxtəlif görüşlərdə, tədbir və mərasimlərdə dil və ədəbiyyat haqqında səsləndirdiyi fikirləri, nitq və çıxışları toplanmış kitab “Heydər Əliyev Azərbaycan dili haqqında”, “Azərbaycan dili rəsmi sənədlərdə”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı fəsillər, eləcə də siyasi xadimin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən zəngin “Fotoalbom” la təqdim edilib.
Nəşrin layihə rəhbəri və ön sözünün müəllifi Xalq yazıçısı Afaq Məsud, redaktoru Yaşar Əliyevdir.

Digər xəbərlər
