usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 15°C 7.64 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məktəblilər arasında müsabiqə 

details

CƏMİYYƏT

09.02.2023, 17:22 Oxunub: 1423

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrin imzalanmasında məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsidir.
Müsabiqənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil ediləcək.
İlk mərhələ fevral-mart ayında rayon və şəhərlərdə, ölkə mərhələsi isə aprel ayında Bakı şəhərində keçiriləcək.
Bakı şəhərindən 12, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin hər birindən və Abşeron rayonundan 2, digər şəhər və rayonların hər birindən 1, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə 10 nəfərin iştirakı planlaşdırılır.
Müsabiqənin qalibləri diplom, tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Digər xəbərlər