ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Hüseynbala Mirələmov: Ulu öndər bu gün cismən aramızda olmasa da onun ruhu çox şaddır.

GÜNDƏM, TARİX
06.05.2022, 11:13 Oxunub: 4223
“Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev nəinki xalqımız, bütövlükdə türk dünyası üçün əvəzsiz bir fenomendir. Ulu öndər XX əsrin bağrından qopan, Tanrının Azərbaycana bəxş etdiyi düha, yeni, müstəqil Azərbaycanın memarı və qurucusudur. Dahi şəxsiyyətin ölkəmizin ən yeni tarixində, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində yeri və roluna nəzər salarkən Onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərin, altına imza atdığı möhtəşəm nailiyyətlərin əhəmiyyətinə xüsusi diqqət yetirmək lazımdır”. Bu fikirlər yazıçı-publisist Hüseynbala Mirələmova məxsusdur.
1001info.az saytının əməkdaşı Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində yazıçı ilə həmsöhbət olub.
Hüseynbala Mirələmov saytımıza bildirib ki, Ulu öndərin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə Azərbaycanın sıçrayışlı inkişafının, intibah və yüksəlişinin, bütün sahələri əhatə edən tərəqqinin əsası qoyuldu, respublikamız SSRİ miqyasında inkişaf göstəricilərinə görə ön sıralarda yer tutmağa başladı. Bu, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin real nəticəsi idi. Ulu öndər həmçinin milli təəssübkeşlik və güclü vətənpərvərlik hissləri ilə, azərbaycançılıq ideyası əsasında milli mənəvi dəyərlərin qorunması və inkişafına xidmət edən mühüm addımlar atdı, eləcə də respublikamızın inkişafı naminə kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirdi.
“Müstəqillik dövründə isə Ümummilli lider Heydər Əliyev Azərbaycanı parçalanmaq, məhv olmaq təhlükəsindən, xaos və anarxiyadan xilas edərək inkişaf yoluna çıxardı. Buna görə də haqlı olaraq Ulu öndər müstəqil Azərbaycanın memarı və qurucusu, Azərbaycan xalqının Ümummilli lideri adlandırılır. Bilirsiniz ki, müstəqilliyin ilk iki ilində, yəni 1991-1993-cü illərdə Azərbaycanda hərc-mərclik hökm sürürdü, bütün sahələrdə getdikcə dərinləşən tənəzzülün fonunda ölkə iflasa düçar olmuşdu. O zaman hakimiyyətdə olan qüvvələr isə xaos və tənəzzülü aradan qaldırmaq gücünə, iradəsinə malik deyildilər. Azərbaycan xalqının yeganə ümidi məhz zəngin dövlətçilik təcrübəsinə malik olan, dövlətimizin mənafeyini hər şeydən üstün tutan dahi şəxsiyyət Heydər Əliyevə idi. Məhz xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sabitlik təmin olundu, inkişafın əsası qoyuldu. Bütün sahələrdə ardıcıl, səmərəli, gələcəyə hesablanmış misilsiz işlər görüldü, Azərbaycanın çoxşaxəli və uğurlu beynəlxalq əlaqələri formalaşdırıldı, respublikamızın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirildi, dünya siyasi arenasında mövqeyi möhkəmləndi. Beləliklə, Ümummilli lider Heydər Əliyev güclü-qüdrətli bir məmləkəti - müasir müstəqil Azərbaycanı yenidən qurdu. O, Öz adını əbədiyyətə və Azərbaycan tarixinə xilaskar kimi həkk etdi. Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin xatirəsini daim öz qəlbində yaşadacaq”-deyə, Hüseynbala Mirələmov qeyd edib. Yazıçı onu da xüsusu vurğulayıb ki, , ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü xalqımız fərqli ovqatla, qalib kimi qarşılayır. Məhz bugünkü günün memarı olan Ulu öndər bu gün cismən aramızda olmasa da onun ruhu çox şaddır. Dahi liderin arzuları reallaşdı, möhtərəm Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbəni qazandıq. Bu tarixi qələbə, zəfər bayramını bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, igid, rəşadətli əsgər və zabitlərimizdir.

Digər xəbərlər


