ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
İlham Əliyev və Mehriban Əliyeva İrəvanda qızıl medal qazanmış Nuray Güngörü təbrik ediblər

GÜNDƏM, İDMAN
19.04.2023, 16:36 Oxunub: 1699Prezident İlham Əliyev və Mehriban Əliyeva İrəvanda keçirilən yarışda Ağır atletika üzrə Avropa çempionu olan Nuray Güngörə təbrik məktubu göndəriblər.
1001info.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Əziz Nuray,
Ağır atletika üzrə Avropa çempionu adını qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirik.
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında böyük qələbə əzmi ilə ölkənizi ləyaqətlə təmsil edərək möhtəşəm uğura imza atmağınız, Türkiyənin şanlı bayrağını yüksəklərə qaldırmağınız, Dövlət Himnini səsləndirməyiniz bizi çox sevindirdi və qürurlandırdı. Avropa birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq medallarınızı Azərbaycana həsr etdiyiniz üçün də Sizə xüsusi təşəkkür edirik.
Sevincimizi və kədərimizi birgə paylaşdığımız qardaş Türkiyənin biz olmayan yerdə bizi təmsil etməsi bir millət, iki dövlət olmağımızı bir daha bütün dünyaya bariz şəkildə nümayiş etdirdi.
Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik".

Digər xəbərlər


