usd-1.7000 eur-1.8082 rub-0.0181
Bakı 19°C 8.03 m/s
Son xəbərlər
18-04-2024
16-04-2024
09-04-2024
07-04-2024
05-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"İmam Mehdi"nin məhkəmədə şok ifadəsi

details

HADİSƏ

06.09.2022, 20:47 Oxunub: 1651

"İmam Mehdi"nin məhkəmədə şok ifadəsi: "Deyir, arvadımı ona vermişəm..."
 
Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
1001info.az  Teleqraf.com-a istinadla  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş, "Şaurma N1" restoranlar şəbəkəsinin şəriklərindən olan Natiq Sadıxovun epizodu üzrə Aqil Babayev ifadə verib.
İttihamda göstərilir ki, Natiq Sadıxov Aqil Babayevə zəkat adı ilə 173 min manat, şəhid ailələri üçün evlər tikilməsi üçün isə 370 min manat verib.
Aqil Babayev qeyd edib ki, Natiq Sadıxovun onun barəsində dedikləri qərəzlidir: "İşin mahiyyətindən kənara çıxır, əsas işlər kənarda qalır. Burada şəxsi işləri müzakirə edirlər. Bu, onlar tərəfindən əvvəlcədən planlaşdırılıb. Bu hərəkətləri məni təəccübləndirir. Qərəzli mövqe nümayiş etdirirlər. Onların dedikləri qeyri-səmimidir".
Aqil Babayev deyib ki, Natiq Sadıxov Nisə Talıblı ilə ailə qurub, amma ailə qurduğu, birgə yaşadığı qadına hörmət eləmir: "Onun haqqında xoşagəlməz fikirlər səsləndirir. Belə danışmaqla özünə belə hörmət etmir. Nisə Talıblı onun nikahlı arvadı olub. Burada deyir ki, guya mənimlə yaşayıb".
Təqsirləndirilən şəxs bildirib ki, Natiq Sadıxovun məhkəmədə danışdıqları cəfəngiyyatdır: "Mən onları niyə təbrik etmişəm? Nə demişəm? Nə istəmişəm? Bu barədə dəlil-sübut ortaya qoymur. Heç kim də bu barədə dəlil göstərə bilməz. Natiq Sadıxovla bizim ancaq dostluq münasibətimiz olub. Bu da son hadisələrə qədər davam edib".
Aqil Babayevin sözlərinə görə, Buzovnadakı bağ evinə iş üzrə zərərçəkmişlər Anar və Aslan basqın ediblər: "Məni mühasirəyə aldılar, hərəkət etməyimə imkan vermədilər. Sonra Aslan şəhərdəki evimə getdi, evimdən pul və qızılları götürdü. Bağ evində olanlara zəng vurdu, hər şeyin qaydasında olduğunu bildirdi. Bundan sonra məni təhdid etdilər ki, heç yerə şikayət etməyim. Şikayət etsəm, mənim üçün yaxşı olmayacaq. Guya onların hər yerdə adamları var. Bu təhdidlərlə mənim malımı, pulumu aldılar. Bu işlərin başında Natiq Sadıxov dayanıb.
Natiq Sadıxov mən həbs olunandan sonra qohumum Vüqar Tağıyevlə görüşüb. Ona deyib ki, istintaq təcridxanasında sakit dayansın, oradan sağ çığsa, buna şükür eləsin".
Aqil Babayev qeyd edib ki, Natiq Sadıxovun onunla bağlı dini baxımdan dedikləri ağ yalandır: "Mən heç kimə özümü "12-ci İmam" kimi təqdim etməmişəm. O, hədislərlə bağlı deyilənləri düzgün qəbul etməyib. Buna görə də burada yalan danışır".
Aqil Babayev bildirib ki, heç kimdən zəkat pulu yığılmayıb, Natiq Sadıxovla biznes şərikliyi olub: "Natiq Sadıxov mənim də bizneslə bağlı haqqımı çatdırıb. Şəhid ailələrinə evlərin tikintisinin aparılması üçün heç kimdən pul almamışam. Bununla bağlı heç kimlə, o cümlədən Natiq Sadıxovla müzakirələrim olmayıb".
Təqsirləndirilən şəxs qeyd edib ki, Natiq Sadıxovun ona 540 min manat borcu olub: "Amma burada əksini danışır. Deyir, guya ondan bu qədər pul almışam. Bir fakt da göstərmir.
Natiq Sadıxovun Xocəsən qəsəbəsində mənə ev tikdiyi barədə dedikləri də yalandır. Guya məni dindar kimi qəbul edir, deyir ki, Xocəsəndə ev tikib, amma mən bəyənməmişəm. Necə olur ki, Natiq şəhərdə yaşayır, məni özünə böyük kimi qəbul edir, mənə şəhərdə də yox, ucqar yerdə ev tikir? Bunun özü belə ağ yalandır".


Prokurorun suallarını cavablandıran Aqil Babayev deyib ki, zəkat pulunu zərərçəkmişlər özləri öz aralarında yığıblar: "Mənim tərəfimdən pul yığılmayıb. Yığılan pullar ehtiyacı olan şəxslərə siyahı əsasında xərclənib. Elə adam vardı, ayda 2-3 min, elə adam da vardı, ayda 5 min manat zəkat pulu verirdi. Həmin pulları mənim qonşum Samir Cəfərov yığıb. Siyahı da onda olub.
Samirdən qabaq isə zəkat pullarını Polad Mustafayev yığırdı. Onların hamısı biri-birilərini tanıyıb. Kimin nə problemi var idi, onu da bilirdilər. Biri-birlərinə yardım edirdilər. Zəkat pullarının xərclənməsi ilə bağlı mənə də hesabat verirdilər. Bunu öz aramızda belə qəbul etmişdik. Onlar məni etibarlı şəxs kimi tanıyırdılar. Mən də siyahı üzrə xərclənən pulların hesabatına baxırdım, sonra onların özlərinə qaytarırdım".
Aqil Babayev deyib ki, 1993-97-ci illərdə Daxili İşlər Nazirliyində işləyib, sonradan bizneslə məşğul olub: "Biznesdə mənə dayım Oqtay Həsənov kömək edib. Onun 5 qızı var, oğlu yoxdur. Məni oğulluğa götürmüşdü. Mənə xırda evlər tikib satmaq üçün 100-150 min pul vermişdi. Bu pullarla da Keşlə qəsəbəsində evlər tikib satmışam. Dəqiq nə qədər ev tikdiyim yadımda qalmayıb. Sonradan Bakının müxtəlif yerlərində də tikinti biznesi ilə məşğul olmuşam".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Natiq Sadıxova "İbadulla" ləqəbi o verilib: "Natiq Sadıxova müxtəlif mövzularda söhbətimiz olub. Buna görə də ona bu ləqəbi verdim. Bu ləqəbin mənası Allaha ibadət edən deməkdir".
Növbəti proses sentyabrın 13-də davam edəcək.
İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.
O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.
Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Digər xəbərlər